Üçdişli maklyura (lat. Maclura tricuspidata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü.
Üçdişli maklyura | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Üçdişli maklyura |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir.
Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir.
Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.
Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda və Gəncədə mədəni şəraitdə yetişdirilir.
Üçdişli maklyuran;n sulu meyvəsinin qırmızı lətində və yarpaqlarında ağ şirə vardır. Yaşıllaşdırmada çox istifadə edilir. Bu ağacın oduncağı çox möhkəmdir, gözəl görünüşü vardır, ondan əşyalar, mebel və musiqi alətləri düzəldilir.