Milli Net

Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.[1]

Milli Net
Milli İnternet Mükafatı

Ölkə
Tip mükafat
Kimə verilir
Milli İnternet Mükafatı hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə
millinet.az

Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib.

Əsas məqsədi

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
  • Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
  • İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək;
  • Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək.[2]

Qiymətləndirmə meyarları

[redaktə | mənbəni redaktə et]

Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur:

  1. Məzmun (informasiya tutumu);
  2. Dizayn (vizual görünüş);
  3. Funksionallıq (naviqasiya funksiyaları).[3]

Ümumi nominasiyalar (saytlar və layihələr üzrə)

[redaktə | mənbəni redaktə et]

Xüsusi nominasiyalar

[redaktə | mənbəni redaktə et]
  • İnteraktiv marketinq. Ən yaxşı İnternet Banner;
  • Mobil. Ən yaxşı mobil resurs (wap daxil deyil);
  • Ən yaxşı elektoron xidmət (Elektron dövlət xidməti, alış-veriş, ödəmə tətbiqi və s.);
  • İstifadəçi kontenti üzərində qurulmuş ən yaxşı sayt veb 2.0, onlayn cəmiyyətlər, onlayn bloq platformaları);

Təşkilat Komitəsi tərəfindən digər xüsusi nominasiyalar da təsis edilə bilər.[4]

Digər analoji müsabiqələrdən fərqi

[redaktə | mənbəni redaktə et]

Milli Net Müsabiqəsində əsas fərqləndirici cəhətlər aşağıdakılardan ibarətdir :

  • Saytların və Layihələrin qiymətləndirilməsi ancaq Müsabiqə Komissiyası tərəfindən aparılır;
  • Komissiya üzvünün hər bir sayt üzrə qiymətləndirməsi əsaslandırılır (şərh yazılır);
  • İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmirlər;
  • Müsabiqə komissiyasının üzvlərinə aidiyyatı olan resurslar Müsabiqədə iştirak edə bilməz;
  • Azərbaycandilli versiyası olmayan resurslar müsabiqədə iştirak edə bilməz;
  • Azərbaycanı xaricdə tanıtmağı qarşısına məqsəd qoyan, xarici auditoriya üçün nəzərdə tutulan resurslar istisna olmaqla);[5]
  1. "Milli Net — Mükafat haqqında". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  2. "Milli İnternet Mükafatının əsas məqsədi". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  3. "Milli Net — İştirak qaydaları". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  4. "Milli Net Mükafatının qaydaları". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  5. "Milli Net — Milli İnternet Mükafatı ilə əlaqəli tez-tez verilən suallar". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]