Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Əlgüşad Məmmədov
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı. == Həyatı == Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir. Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib. Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır. Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir. İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur. Rayonun əksər tədbirlərində fəal iştirak edir.
Əlzaman Rəhimov
Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın "Tərəqqi" medalı və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi. == Həyatı == Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub. Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır. 1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur. 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur. == Mükafatları == "Za slujbu Rossii" ordeni, "İvan Kolita" ordeninə layiq görülmüşdür. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Əngəman (Urmiya)
Əngəman (fars. انگمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (28 ailə).
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Klyuman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Güman (film, 1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Əmirabad (Ənquran)
Əmirabad (fars. اميراباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Ənquran (Mahnişan)
Ənquran (fars. انگوران‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,068 nəfər yaşayır (261 ailə).
Miyanıc (Ənquran)
Miyanıc (fars. ميانج‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (104 ailə).
Muğanlı (Ənquran)
Muğanlı (fars. مغانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (42 ailə).
Qaragöl (Ənquran)
Qaragöl (fars. قراگل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Yengicə (Ənquran)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (62 ailə).
Doktor Eqqman
Doktor Eqqman (ドクター・エッグマン, Dokutā Egguman, ing. Doctor Eggman), və ya Doktor Ayvo Robotnik (ドクター・ロボトニック, Dokutā Robotonikku, ing. Doctor Ivo Robotnik) — "Sonic the Hedgehog" seriyasının baş antaqonisti. == Xarakteristika == Doktor Eqqman pisniyyətli, mükəmməl bir zəkaya (İƏ dərəcəsi 300 baldır) sahib bir həkimdir. O, dünyanı fəth etmək və «Eqqmanlend» adlı bir ölkə qurmaq istəyir. Doktor Eqqman Kirpi Sonikin baş düşmənidir. O, Doktor Eqqmanın planlarını uğursuz etməyə çalışır. Doktor Eqqman qırmızı rəngli bir jaket, qara rəngli şalvar, bənövşəyi rəngli bir eynək geyinir və keçəldir. Onun boyu – 185 santimetr (6.07 ft), çəkisi isə – 128 kiloqram (282 funt). Onun bədəni bir yumurtaya bənzəyir.
Ləğman vilayəti
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Quliyev
Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elgün Sadıqov
Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Sadıqov 12 yanvar 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov
Elgün İlham oğlu Səmədov (26 avqust 2001, Mehrili, Şəmkir rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elgün Xanoğlanlı
Elgün Xanoğlanlı (d.1992, Füzuli ray., Əhmədbəyli k.) — Amerikanın azərbaycanlı çempionu., Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri == Həyatı == Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-yə dəvət alanadək orada çalışıb. == Fəaliyyəti == === İdman fəaliyyəti === Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə idmanla məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub. 2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda Şüa idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.