Elgün Xanoğlanlı (d.1992, Füzuli ray., Əhmədbəyli k.) — Amerikanın azərbaycanlı çempionu.[1], Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri[2]
Elgün Xanoğlanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Füzuli rayonu, Əhmədbəyli kəndi |
İdman növü | Budo döyüş növləri |
Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-yə dəvət alanadək orada çalışıb.
Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə idmanla məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub. 2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda Şüa idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub. 2012-ci ildə ordudan tərxis olunduqdan sonra "Buda döyüş növləri federasiyası"nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə Dünya çempionu tituluna yiyələnib.[3]
Dünyanın bir sıra ölkələrində - İtaliya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kiprdə Azərbaycanı ləyaqətlə təmsil edib. 2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib.
2023-cü il iyul ayında ABŞ-da yaradılan Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri seçilib.[4]