Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Əl-Əzm ailəsi
Əl-Əzm ailəsi (ərəb. آل العظم‎ Al əl-'Əzm) — Osmanlı dövrdə məşhur Dəməşqli, Tərabülüslü, Hələbli və Saydalı valilər bir sülaləsi. Onlardan biri, Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub. Dəməşqdəki Əl-Əzm sarayı və Həmadakı Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən müddət ərzində tikilib. == Valilər == İsmayıl Paşa əl-Əzm, Həma, Hüms, Tərabülüs əş-Şam və Dəməşq valisi Süleyman Paşa əl-Əzm, Tərabülüs əş-Şam, Sayda və Dəməşq valisi Əsəd Paşa əl-Əzm, Həma və Dəməşq valisi Sədüddin Paşa əl-Əzm, Hələb valisi Məhəmməd Paşa əl-Əzm, Sayda və Dəməşq valisi Abdulla Paşa əl-Əzm, Dəməşq valisi Sadiq Paşa əl-Müəyyəd əl-Əzm, Ciddə valisi == Xarici keçidlər == al-ʿAẓm family // Encyclopaedia of Islam. Brill.
Əl-Əzm sarayı
Əl-Əzm sarayı (ərəb. قصر العظم‎ Qəsr əl-'Əzm) — Dəməşqdə yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
Əl-Əzm sarayı (Həma)
Əl-Əzm sarayı (ərəb. قصر العظم‎ Qəsr əl-'Əzm) — Həmada yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
Fəzl
Fəzl — kişi adı. Fəzl bin Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri Fəzl ibn Abbas — Fəzl Təbrizi — münəccim, riyaziyyatçı. Fəzl İbn Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri II Fəzl bin Şavur — 1067–1073-cü illərdə hakimiyyətdə olan Şəddadi hökmdarı III Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarı İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi.
III Fəzl bin Fəzl
III Fəzl və ya Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarıdır. Hakimiyyət illəri 1073-1075-ci illərdir. Ancaq daha sonra Böyük Səlcuq İmperiyası hakimiyyəti ələ keçirib. Şəddadilər Ermənistanın bir hissəsində hökmdarlıq etməyə davam etsələr də, Gəncə səlcuqların hakimiyyəti altına keçib.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Mustafa Ədl
Seyid Mustafa Ədl — Mənsurüssəltənə ləqəbi ilə (1882 Təbrizin Əngəc məhəlləsi-1950 Tehran) hüquqşünası və siyasətçi. Mustafa Ədl, İranın ilk hüquq professorlarından idi və Rza şah Pəhləvi dövründə İranın müasir ədliyyəsinin təsisində o cümlədən Ticarət hüququ və ümumi cəza hüququ inkişafında əhəmiyyətli bir rol oynamışdır. == Bioqrafiyası == Seyid Mustafanın atası Hacı Mirzə İbrahim Xəlil (Rüknüddövlə ləqəbi ilə) böyük adamlarından və məriflərindən idi və ömürünün sonlarında Xorasanın ədliyyə divanxanasının prezidenti idi və dayısı Mirzə Möhsün xan Təbrizi Nəsrəddin şah Qacarın ədliyyə naziri idi.Yəhya Ədl, "İranın Cərrahı atası"da ami oğlusu idi. Ədliyyə naziri Mansurəssəltənə bеynəlxalq hüquq üzrə tanınmış mütəxəssis idi. Tеhran univеrsitеtinin hüquq fakültəsinin dеkanı işləmişdi. 1935-1938-ci illərdə xarici işlər nazirinin müavini, İranın Millətlər Cəmiyyətində nümayəndəsi, Füruqi və Sühеyli hökumətlərində maarif naziri işləmişdi. 1937-ci ildə Sovеtlərlə yaranmış sərhəd münaqişəsinin törədicisi, Pəhləvi limanı haqqında 1927-ci il öhdəliyinin pozulmasının tərəfdarı kimi tanınırdı. 1930-cu illərdə İran hökuməti Araz çayı boyunca mübahisəli hеsab еtdiyi 11 kiçik torpaq sahəsini qaytarmağa cəhd göstərmişdi. Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi isə daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Yəhya Ədl
Yəhya Ədl (1908, Təbriz – 3 fevral 2002, Tehran) — azərbaycanlı cərrah, İranın "cərrahı atası" adlanır. Bir müddət İran Senatında senator vəzifəsində işləyibdir. 1899-cu ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Yusif xan Mükərrəmülmülk bir müddət Azərbaycanın "Nayibüləyalə"si idi. Məhəmmədvəli mirzə Fərmanfərma və Həbib Nəfisi onun bacılarının həyat yoldaşları idilər. Onun əmisi oğlu Mustafa Ədl isə İranın müasir ədliyyəsinin banisi sayılırdı.
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. == Haqqında == Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) – bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatus Azərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat.
Əsl rakşilər
Əsl rakşilər (lat. Coraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl suilanları
Əsl qıjılar
Əsl qıjılar (lat. Polypodiales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi.
Əsl maral
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Əsl qaranquşlar
Əsl qaranquşlar (lat. Hirundininae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Əsl vağlar
Əsl vağlar (lat. Ardeinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Əsl suitilər
Əsl suitilər (lat. Phocidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. == Təsnifatı == Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı == İstinadlar == == Ədəbiyyat == Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ell & Nikki
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Eol (mifologiya)
Eol — Qədim yunan mifologiyasına görə külək tanrısı.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eol relyef
Erl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Erl Kluq
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib. Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Ezo Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Zel (mifologiya)
Zel (yun. Ζῆλος — "rəqabət", "qısqanclıq", "paxıllıq") — yunan mifologiyasında rəqabət və qısqanclıq tanrısı titan tanrı Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) qardaşı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi.
Zel Home