Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aviator (film, 2004)
Aviator (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında 2004-cü ildə çəkdiyi bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə "BAFTA", "Oskar" və "ABŞ Kinoaktyorlar Gildiyası" kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və "Qızıl Qlobus" mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, "Oskar"ın on bir nominasiya və beş mükafatı, "ABŞ Kinoaktyorlar Gildiyası"nın üç nominasiya və bir mükafatı və nəhayət "Qızıl Qlobus"un altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz , oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Avratom
Avropa Atom Enerjisi Birliyi (ing. European Atomic Energy Community) və ya qısaca Avratom — atom enerjisinin istehsalı və istifadəsi sahəsində birgə işlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi, atom sənayesinin ikişafı, nüvə energetikası sahəsində tədqiqatların aparılması, parçalanan materialların istifadəsi üzərində nəzarətin həyata keçirilməsi və s. üzrə Avropa dövlətləri təşkilatı. == Tarixi == 1957-ci ildə yaradılması haqqında sazişi Avropa İqtisadi Birliyinin 6 üzvü — Fransa, AFR, İtaliya, Niderland, Belçika və Lüksemburq imzalamışlar. Saziş 1958-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 1957cü ildən Böyük Britaniya, İrlandiya və Danimarka Avratoma daxil olmuşlar. Onun rəsmi vəzifəsi nüvə sənayesi yaratmaq və inkişaf etdirməkdir. 1959-cu ilin yanvarında Avratomun üzvləri nüvə materiallarının ticarəti üzrə ümumi bazar yaratdılar. Bununla əlaqədar tədqiqat işləri aparmaq, texniki informasiyaları mübadilə etmək, kapital qoyuluşuna maraq oyatmaq, çox baha başa gələn müəssisələri qarşılıqlı surətdə tikmək, nüvə xammalı ilə təchizat, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. nəzərdə tutulur.
Radiator
Radiator — İki mühit arasında istilik mübadiləsinə imkan verən cihazdır. Qızdırıcı radiator 1855-1857-ci illər arasında Sankt-Peterburqda yaşayan Prusyada anadan olmuş rus iş adamı Frans San Qalli tərəfindən icad edilmişdir.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Viktor
Viktor — kişi adı.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir. Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aviqdor Liberman
Aviqdor Liberman (ivr. ‏אביגדור ליברמן‏‎ 5 iyul 1958, Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir. O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur. Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir. == Həyatı == Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur.
Dassault Aviation
Dassault Aviation SA, Fransa mərkəzli bir aviasiya və müdafiə sənayesi şirkətidir. Şirkət 1929-cu ildə Marcel Dassault tərəfindən qurulub və Dassault Qrupun bir hissəsidir. Şirkətin mərkəzi Parisdə yerləşir.
Erigeron aviatorum
Erigeron aviatorum (lat. Erigeron aviatorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Netscape Navigator
Netscape Navigator – Netscape Communications, Inc. şirkətinin işləyib hazırladığı tanınmış veb-brauzer. İlk versiyası 1994-cü ildə buraxılıb. Havayı yayılan bu proqram Netscape şirkətinə ucuz başa gəlməsə də, burada əsas məqsəd Internet provayderlərinin diqqətini Netscape Web Server proqram təminatına cəlb etmək idi. 1998-ci ildə Netscape Navigator brauzerlər savaşında Microsoft Explorer brauzerinə uduzduqdan sonra AOL şirkətinə satılıb. 2008-ci ildə AOL bu brauzerin dəstəklənməsini dayandırıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Variator ötürməsi
Variator ötürməsi — ötürmə ədədini səlis dəyişmək üçün istifadə olunan ayrıca aqreqat və ya maşınlara quraşdırlmış düyüm. == İşləmə prinsipi == Variator onun işləməsini təminedən bir və ya bir neçə pilləsiz ötürmədən ibarətdir. Onun əsas xassəsi tənzimləmə diapazonu, yəni ən böyük ötürmə ədədinin ən kiçiyə nisbəti ilə ifadə olunur (adətən 3-6, bəzi hallarda 10-12). Variatorlar müxtəlif iş şəraitlərində maşının optimal işləməsinə xidmət edir. Məsələn, metalkəsən dəzgahda diametri dəyişən pəstahın müxtəlif sahələrində əlverişli kəsmə sürətini təmin etmək mümkündür. Bundan əlavə variatorlara avtomobil, tekstil maşın və mexanizmlərində, kağız, kimya sənayesində, nəqliyyatda rast gəlinir. Ən geniş yayılmış növü elektrik mühəriki ilə işlədilən pazlı qayış ötürməsidir. Sürətin pilləsiz ötürmə sistemi kimi variatorların tətbiqi avtomatlaşdırılmış texniki vasitələrdə daha böyük rol oynayır. == Qayışla işləyən variatorlar == Şəkildə qayış ötürməsi ilə işləyən variator təsvir olunmuşdur. Variator pazformalı qayışla əlaqələndirilmiş aparıcı və aparan qasnaqlardan ibarətdir.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Avreli Viktor
Avreli Viktor (IV əsr) — Roma tarixçisi. == Həyatı == Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi. Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu. Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Həyatı == Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. == Fəaliyyəti == 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Viktor Abakumov
Viktor Semyonoviç Abakumov (rus. Виктор Семёнович Абакумов; 11 (24) aprel 1908, Moskva – 19 dekabr 1954) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri. == Həyatı == Viktor Semyonoviç Abakumov 24 aprel 1908-ci ildə Moskvada anadan olmuşdu və olduqca təmkinli, ağıllı qərar qəbul etməsilə ən təcrübəli mütəxəssisləri belə şoka salırdı. Adi bir ocaqçı ailəsində dünyaya göz açan Abakumov ibtidai təhsil almışdı. Amma bu onun sonralar xalq komissarı vəzifəsinə qədər yüksəlməsinə və general-polkovnik rütbəsi almasına mane ola bilməmişdi. 1921–1923-cü illərdə o, xüsusi təyinatlı 2-ci Moskva alayında sanitar kimi xidmət etmişdi. 1924–27-ci illərdə fəhləliklə məşğul olmuşdu. 1927–28-ci illərdə hərbi sənaye əhəmiyyətli müəssisələrdən birində atıcı vəzifəsinə düzələn Abakumov 1930-cu ildə partiyaya daxil oldu. Az sonra onu Ticarət Nazirliyində şöbə müdirinin müavini təyin etdilər. 1932-ci ildə Abakumov komsomol işinə keçdi.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
Viktor Ambartzumyan
Viktor Ambartzumyan (erm. Վիկտոր Համբարձումյան; 5 (18) sentyabr 1908[…], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 12 avqust 1996[…], Byurakan, Araqatsotn mərzi) — erməni mənşəli SSRİ astrofiziki, nəzəri astrofizikanın yaradıcılarından biri. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1953, 1939-cu ildən müxbir üzvü). Ermənistan SSR Elmlər Akademiyasının prezidenti (1947–1993). == Həyatı == Ambartsumian ulduz və dumanlıqlara, mükəmməl astronomiya və ulduz sistemlərinin dinamikası və ulduz və qalaktika kosmoqoniya fizika sahəsində çalışmışdır. Byurakan Astrofizika Rəsədxanasının banisi hesab edilir. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (2 dəfə: 1968, 1978). Ermənistan Milli Qəhrəmanı (1994 11 oktyabr). Stalin mükafatı iki dəfə qalibi (2 dəfə: 1946, 1950). Ermənistan SSR Dövlət mükafatı (1988) laureatıdır.
Viktor Anisimov
Aktyor
Viktor Ardisson
Viktor Ardisson (fr. Victor Antoine Ardisson; 5 sentyabr 1872, Le-Muy – 9 mart 1944) — Muy Vampiri adı ilə tanınmış fransız məzar oğrusu və nekrofil. == Həyatı == Viktor Ardisson 1872-ci ilin 5 sentyabr tarixində Fransanın cənub-şərqində yerləşən Le Muy şəhərində anadan olmuşdur. Gənclik illərində məzar qazmaqla ailəsini dolandırmağa çalışırdı. Gününü məzarlıqlarda keçirməsi səbəbindən, bir gün məzarlardan oğurluq etməyə qərar verdiyi təxmin edilməkdədir. Məzarlardan edilən oğurluqlarla yanaşı, xüsusi ilə gənc yaşlarda vəfat etmiş qadınların məzarlarına qarşı vəhşiliklər törətməsi ilə tanınmışdır. Ardissonun psixoloji problemlərinin olduğu həbs edildikdən sonra üzə çıxmışdır. İfadəsində dağıtdığı məzarlardan çıxardığı cəsədlərlə danışdığını bildirmişdir. 1901-ci ildə Viktor Ardisson məzarların dağıdılması və cəsədlərin məzərlardan çıxarılması itthiamı ilə həbs edildi. Viktor Ardisson tarixə nekrofil və vampirlik meyilləri olan ilk qatil kimi düşmüşdür.
Viktor Askoçenski
Viktor İpatyeviç Askoçenski (rus. Виктор Ипатьевич Аскоченский, 1.10.1820-18.5.1879) — Rusiya yazıçısı, şairi, tarixçisi. == Həyatı == Viktor İpatyeviç Askoçenski 1820-ci ildə Voronejdə anadan olmuşdu.1839-cu ildə Kiyev Ruhani akademiyasını bitirmişdi.Magistr elmi dərəcəsini almışdı. Viktor Askoçenski 1879-cu ildə vəfat edib. == Yaradıcılığı == == Seçilmiş əsərləri == «Краткое начертание истории русской литературы» (Киев, 1846); «Пансионерка» (Киев, 1848); «В. Г. Григорович-Барский, знаменитый путешественник XVIII века» (Киев, 1854) «Заморским витиям», 1854; «Киев с древнейшим его училищем» (Киев, 1856); «Я. К. Амфитеатров» (Киев, 1857); «Асмодей нашего времени» (роман, 1858, СПб); «Записки звонаря» (СПб., 1862); «Басни» (СПб., 1863); «Нигилисту», 1863; «История Киевской духовной академии по преобразовании её в 1819 году» (Санкт-Петербург, 1863); «По прочтении высочайшего рескрипта гр. М. Н. Муравьеву», 1865; «Ужасное открытие», 1866 «Марфа Посадница, или Падение Новгорода» (стихотворная драма (СПб., 1870); «Письма с того света пятилетнего брата к своей сестре» (СПб., 1871; изд. 3-е, 1876); «Дневник» — личный дневник Аскоченского.
Viktor Astafyev
Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı. == Məlumat == Viktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır. 1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir.
Viktor Babuşkin
Viktor Borisoviç Babuşkin (rus. Ви́ктор Бори́сович Ба́бушкин; 24 avqust 1930 – 25 iyul 1998, Moskva) — SSRİ və Rusiya bəstəkarı, səs rejissoru, RSFSR-in Əməkdar mədəniyyət xadimi (1976).