Aviqdor Liberman

Aviqdor Liberman (ivr.אביגדור ליברמן‏‎ 5 iyul 1958[1], Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir.

Aviqdor Liberman
ivr.אביגדור ליברמן‏‎
bayraq
İsrail Müdafiə naziri
30 may 2016 – davam edir
ƏvvəlkiMoşe Yalon
Şəxsi məlumatlar
Doğum adı Эве́т Льво́вич Ли́берман
Doğum tarixi (66 yaş)
Doğum yeri Kişinyov, SSRİ
Təhsili
Fəaliyyəti siyasətçi, baş icraçı direktor
Atası Lev Liberman
Anası Esther Liberman
Uşaqları Yakov, Amos, Mikal
Dini İudaizm
liberman.org.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur.[2]

Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir.

Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur. Atası Lev (18 may 1921–2 iyul 2007) Qırmızı Ordu sıralarında xidmət etmiş, İosif Stalin hakimiyyətə gəldikdən sonra yeddi il Sibirdə sürgün vəziyyətində yaşamış yazıçı idi. Əslən yəhudi olan ailəsi onunla üç yaşına qədər yalnız idiş dilində danışmışdılar. Atasının rus ədəbiyyatına olan marağını görən Liberman şair olmaq qərarına gəlir. Onun gənclik illərinə təsadüf edən 1970-ci illərdə Kişinyov əhalisinin 25%-i yəhudilərdən ibarət idi.

Moldovada tələbə olduğu müddətdə öz yazıçılıq bacarığına görə, ilk müjafatına layiq görülür.

Liberman və ailəsi 1978-ci ildə İsrailə köçür. O, İsrail Silahlı Qüvvələrinin Artilleriya korpusunda xidmətinə başlayır və kapral rütbəsinə qədər yüksəlir. Hərbi xidmətini başa vurduqdan sonra Yerusəlim Yəhudi Universitetinə daxil olur və buradan beynəlxalq əlaqələr və siyasi elmlər üzrə magistr dərəcəsi ilə məzun olur.

Tələbəlik illəri ərzində Likud partiyası ilə əlaqələri olan "Kastel" tələbə qrupunun aktiv üzvü olmuşdur. Kastel daima ərəb tələbə qrupları ilə münaqişə içində olmuşdur.

Siyasi həyatı

[redaktə | mənbəni redaktə et]

Liberman 1993-cü ildə Likud partiyasının sədri seçilir. 1996-cı ildən etibarən bir il müddətinə baş nazir Benyamin Netanyahunun müavini vəzifəsində xidmət etmişdir.

1999-cu ildə "Bizim ev-İsrail" partiyasının qurucusu olur. Elə həmin il Knessetə seçilir və İsrail-Moldova dostluq qrupunun sədri vəzifəsinə təyin olunur. 2001-ci ildə Milli İnfrastruktur naziri təyin olunan Liberman 2002-ci ilin martında bu vəzifədən istefa verir. 2002-ci ildə baş tutan seçkilərdə "Bizim ev-İsrail" və Milli Birlik partiyalarının ortaq siyahısından millət vəkili seçilir və Nəqliyyat naziri təyin olunur. Ariel Şaronun Qəzzədən geri çəkilmə planına qarşı çıxdığına görə, Şaron tərəfindən 2004-cü ildə bu vəzifədən uzaqlaşdırılır.

2006-cı ilin mart ayında baş tutan seçkilərdə "Bizim ev-İsrail" partiyası Knessetə 11 millət vəkili çıxarma haqqı qazanır. Ehud Olmertin başçılığı altında olan hökumətdə baş nazir müavini və Strateji İşlər naziri vəzifələrini yerinə yetirmişdir. 2009-cu ildə Xarici İşlər naziri təyin olunan Liberman 2015-ci ilə qədər fasilə ilə bu vəzifədə qalmışdır. 2015-ci ildə yeni qurulan hökumətdə yer almasa da, 2016-cı ildə baş verən kabinet dəyişikliyindən sonra Müdafiə naziri vəzifəsinə təyin olunmuşdur.

  1. ליברמן א. Avigdor Liberman, אביגדור ליברמן (ivr.). 2004.
  2. "Israel election: profile of 'kingmaker' Avigdor Lieberman". The Telegraph. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]