Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Aviz sülaləsi
Avislilər sülaləsi— Portuqaliya kralları sülaləsi (1385—1580). Yan xətti Burqonlular sülaləsi.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Akiko
Akiko — Yapon adı. Akiko Hayakava — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Nivata — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Sudo — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Futaba — məşhur yapon musiqisi olan yukoka ifaçısı. Akiko Furu — Yaponiyanı təmsil edən batut gimnastı.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Aviçi
Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı. Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir. Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.
Avzon
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur. O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Alvito
Alvito – İtaliyanın Latsio vilayətində şəhər.
Çavizm
Çavizm (isp. chavismo) — 1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya. Sosializm, solçu populizm, vətənpərvərlik, bolivarianizm və indixenizm elementlərini, həmçinin Karib hövzəsi və Latın Amerikası inteqrasiyasını özündə birləşdirir. Çavizm tərəfdarları üçün çavista (isp. Chavista) terminindən də istifadə edilir. Çavezin özü 2005-ci ildən bəri öz ideologiyasını "XXI əsr sosializmi" olaraq təyin edir.
Ajio
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Avqo
Avqo (yun. Αυγό — "yumurta") — Yunanıstanda dağ, Cənubi Pind dağlarından biri. Dəniz səviyyəsindən yüksəklyi 2146 metrdir.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Akiko Futaba
Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915, Hiroşima – 16 avqust 2011, Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub. Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib. == Bioqrafiya == O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb. Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı") 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.
Akiko Hayakava
Akiko Hayakava — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Akiko Nivata
Akiko Nivata (d. 12 sentyabr 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Akiko Sato
Akiko Sato (9 fevral 1984) — Yaponiyalı atıcı. Akiko Sato Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Akiko Sato birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 369 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.