Çavizm (isp. chavismo) — 1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya.[1] Sosializm, solçu populizm, vətənpərvərlik,[2] bolivarianizm[3] və indixenizm elementlərini, həmçinin Karib hövzəsi və Latın Amerikası inteqrasiyasını[4] özündə birləşdirir. Çavizm tərəfdarları üçün çavista (isp. Chavista) terminindən də istifadə edilir.[5] Çavezin özü 2005-ci ildən bəri öz ideologiyasını "XXI əsr sosializmi" olaraq təyin edir.