Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915[1], Hiroşima – 16 avqust 2011[2][1], Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub.[3] Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib.[4]
Akiko Futaba | |
---|---|
yap. 二葉 あき子 | |
Ümumi məlumatlar | |
Doğum adı | Yoşie Kato |
Doğum tarixi | 2 fevral 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 2011[2][1] (96 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1936-2003 |
Janr | Ryukoka |
Albom şirkəti | Nippon Kolumbiya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb.[5] Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı"?) 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.
O, müğənni fəaliyyətini 2003-cü ildə yekunlaşdırıb və Hiroşima prefekturasında təqaüdə çıxıb. 16 avqust 2011-ci ildə vəfat edib.[6]