Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Mardin Artuklu Universiteti
Mardin Artuklu Universiteti — Türkiyənin Mardin şəhərində yerləşən dövlət universiteti. == Yaradılması == Universitet 2007-ci ildə yaradılmışdır. Mardin Artuklu Universiteti 5662 saylı "Ali təhsil müəssisələrinin təşkili haqqında" və "Ali təhsil müəssisələrində akademik kadrların ştatları haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanuna və "Ümumi qərargah və Qaydalar haqqında" qanuna əlavə edilmiş cədvəllərə əsasən yaradılmışdır. Universitet 28 may 2007-ci ildə Əhməd Necdet Sezər tərəfindən təsdiq edilmiş 17 yeni universitetdən biridir. == Tədrisi == 2007-2008-ci tədris ilində 83 tələbə ilə dərs başlanılıb. Universitet 2011-2012-ci tədris ilində "Kürd dili və Ədəbiyyatı" üzrə bakalavr proqramına 20 tələbə qəbul edən Türkiyədə bakalavr səviyyəsində kürd dilində təhsil verən ilk akademik qurumdur. 2547 saylı Ali Təhsil Qanununun 13-cü maddəsinə və 22 avqust 2019-cu il tarixli 30866 saylı Prezidentin qərarı ilə 2019-cu il 22 avqust tarixli 30866 saylı Prezidentin Fərmanının 2, 3 və 7-ci maddələrinə uyğun olaraq Mardin Artuklu Universitetinin rektoru Prof. Dr. İbrahim Özçoşar təyin edilmişdir.