Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.[1]
Arakül | |
---|---|
39°26′16″ şm. e. 46°59′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 812 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə[3] yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır[4]
XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.[5]
Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
İkinci Dünya müharibəsində bu kənddən 340 nəfər iştirak etmiş, onlardan 110 nəfəri geri qayıtmamışdır.
Kəndin erməni əhalisi Çaykənd əməliyyatı çərçivəsində 1991-ci il 13–15 may tarixlərində Ermənistanın Xınzırək kəndinə yaxın yerdə, Azərbaycan ərazisində salınmış düşərgəyə köçürülmüşdür. Əhalinin bir hissəsi isə Hadrut şəhərinə köçmüşdür. Həmin ilin iyun ayında kənddə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar yerləşdirilmişdir.
1993-cü ilin 15 avqust tarixində Ermənistan ordusunun Qarabağda yay hücumu çərçivəsində Xətai kəndi işğal olunmuş, kəndin azərbaycanlı əhalisi qovulmuşdur.[6] Onların yerinə kəndə yenidən ermənilər köçürülmüşdür.
Arakül kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4330 | Kilsə[7] | XX əsr | Arakül kəndi | Memarlıq | Yerli |
Kənd Çaylaqçayın (Araz çayının qolu) sol sahilində, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | XXXX | XXXX | XXXX |
2009[9] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xətai kəndinin əhalisinin faktiki sayı 107 nəfər, qeydiyyatdakı əhalinin sayı 106 nəfər təşkil edirdi[10].
1928-ci ildə kəndə elektrik enerjisi verililmişdir.
2023-cü ildə kənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. İnsan qalıqları təbii təpəliklərin üzərində Ərəküllə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkarlanıb. Skeletlərin ilkin müayinəsi zamanı məzarlığın XIII–XV əsrlərə aid olduğu müəyyənləşdirilib. Əldə edilən dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən daha əvvəl yaşadığını sübuta yetirir[11].
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |