Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berbera Xalq Kitabxanası
Berbera Xalq Kitabxanası ―(somali. Maktabadda Dadweynaha ee Berbera), Somalilandın Berbera şəhərinin mərkəzindəki əsas kitabxanadır. İlk Berbera kitabxanası 2014-cü ildə açıldı. Sonralar genişləndirildi və indi Berbera Xalq Kitabxanası kimi tanınır. Berbera Xalq Kitabxanasının ideyası 29 Fevral 2011-ci ildə Berbera Oxucular Klubu, yerli alimlər, ağsaqqallar və iş adamları tərəfindən Berbera dənizçilik və Balıqçılıq Akademiyasının zalında toplanan görüşdə yaranıb və elan edilib; lakin o vaxtlar bu, sadəcə bir fikir və xəyal idi. 2013-cü ildə hökumətin kitabxana üçün mükəmməl yeri təmizlədiyi və Yerli Hökumətin həmin ərazidə yaşayan insanları uğurla köçürdüyü vaxt idi. Elə həmin il Somalilandın keçmiş prezidenti Əhməd Məhəmməd Mahmud, kitabxananın tikintisinə başlamaq üçün bir işarə olaraq ilk daşı qoydu. Fəaliyyət loader sonra sözləri danışır, 2014-cü ildə Berbera Böyük Bələdiyyə Başçısı cənab Abdishakuur Mahmud Həsən (Ciddin), kitabxananın qurulması və idarə edilməsi üçün bir komitə təyin etdi. Komanda icmadan beş nəfərdən ibarətdir. Kitabxananın ilk üzü 2014-cü ilin sonlarında istifadəyə verilmiş və bu müddət ərzində böyük zal və hasar uğurla yaradılmışdır.
Berberis
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Ferberia
Bəlğəmotu (lat. Althaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 1–1.5 m olan çoxillik ot bitkisidir. Bir neçə gövdə əmələ gətirir. Bütün bitki bozumtul, sıx, xırda tükcüklərlə örtülmüş, yumşaq məxməridir. Yarpaqları saplaqlı, yumurtavari, azacıq barmaqvari-dilimli və diş-dişlidir. Orta ölçülü, çəhrayı çiçəkləri əsasən yarpaqların kənarına sıxılır, gövdənin yuxarısında isə sıx sümbülvari çiçəkqrupu əmələ gətirir. Meyvəsi üzük formasında yığılmış xırda, yumru meyvəciklərdən ibarətdir. Kökünün özünəməxsus zəif iyi, azacıq şirin-şirişli dadı vardır. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Berserk
Berserk və ya Berserker — skandinav saqalarında qəzəbli döyüşçülər. Vikinqlər dövründə Skandinaviyada müasir dövrdəki "xüsusi təyinatlı döyüşçülər" rolunu oynayırdılar. Berserklər xüsusi ayinlər və psixotrop maddələrin təsiri altında şüursuzlaşaraq öz güclərinə nəzarəti itirirdilər və düşünmədən döyüşə atılırdılar. Döyüşdə ön sırada gedən berserklərin əsas təyinatı düşmənin ön cərgəsini yarmaq idi. Psixotrop vasitələrin təsiri azalandan sonra özlərinə gələn berserklər çox zəif və halsız formada döyüş meydanında düşüb qalırdılar və uzun müddət özlərinə gələ bilmirdilər. Orta əsr Skandinaviyasında feodal münasibətlərin inkişafı zamanı artıq qəzəb təhlükəli bir keyfiyyət kimi qəbul olunurdu. Berserklər hakimiyyət üçün təhlükəli hesab olunurdular. Bu mənada kilsənin də təsiri az deyildi. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gerbera
Gerbera (lat. Gerbera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün taraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Berberis amurensis
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Berberis asiatica
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berjerak (rayon)
Berjerak (fr. Bergerac) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Dordon. Suprefektura — Berjerak. Rayon əhalisi 2006-cı ildə 108238 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf. / km². Rayon sahəsi — 2182 km².
Marina BerBeryan
Marina BerBeryan (ing. Marina BerBeryan; 22 sentyabr 1980, İrəvan) — amerikalı aktrisa, model və jurnalist. Amerika aktrisası Marina BerBeryan 22 sentyabr 1980-ci ildə İrəvandə anadan olub. Marina ailənin böyük uşağı idi. 2015: Beverly Hills Pawn 2013: Tia & Tamera 2011: RMs.
Berberis aggregata
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qərbi Çində yayılmışdır. Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.
Berberis canadensis
Kanada zirinci (lat. Berberis canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir. Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.
Berberis gagnepainii
Qaqnepena zirinci (lat. Berberis gagnepainii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Çində və Qərbi Xibeydə yayılmışdır. Hündürlüyü 2 m olan həmişəyaşıl, düz böyüyən və ya sallaq koldur. Gövdəsi slindrik, sarımtıl, bir az ziyillidir, zoğlarının uzunluğu 2 sm-dir, iynələri üçhissəlidir. Sadə, iri, parlaq yarpaqları dalğalı, tutqun-yaşıl, ensiz-lansetvari, tərs yumurtavari formalı, kənarları xırda dişlidir, uzunluğu 10 sm-ə çatır. Çiçəklərin diametri 1 sm-dək olub, açıq-sarı, xoş qoxulu, salxımşəkilli, çiçək qruplarında dəstələrdə 3-7 ədəd yığılmışdır. Maydan iyunadək qızılı-sarı rəng alır. Meyvələri yumurtavari formalı, göy-qara, göyümtül çalarlı olub, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəllərində yetişir. Günəşə, kölgəyə və atmosferin sənaye çirklənməsinə davamlı olan növdür.
Berberis gilgiana
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Orta Asiyada geniş yayılmışdır Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Berberis hookeri
Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır. Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir.
Berberis iberica
Gürcü zirinci (lat. Berberis iberica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Avropada, Qafqazda dəniz səviyyəsindən 750–2000 m hündürlükdə qayalarda bitir. Azca tilli, qonur-qırmızı və ya qonurumtul-çəhrayı budaqlı, hündürlüyü 2–3 m-ə qədər olan koldur. Qopartikanlılarının uzunluğu 4 sm-ə qədərdir, aşağıda yerləşənlər möhkəmdir, adətən üçhaçalı, yuxarıdakılar isə sadədir. Yarpaqları dərivari, saplağa tərəf daralan, tərs yumurtavari, tamkənarlı, hər iki tərəfdən tor damarlıdır, boyca yarpaqlara bərabər və ya əksər hallarda onlardan uzundur. Aprel-may aylarında çiçəkləyir. Giləmeyvələri avqust-sentyabr aylarında yetişir, al-qırmızıdır, uzunluğu 1 sm-ə qədər, uzunsov silindrvaridir. Quraqlığadavamlı bitkidir. Şoranlı-yovşanlı yarımsəhra rayonların çaykənarı meşəliklərində yayılmışdır.
Berberis ilicifolia
Palıdyarpaq zirinc (lat. Berberis ilicifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Çilidə və Argentinada yayılmışdır. Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Berberis koreana
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Koreyada geniş əraziləri əhatə edir. Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Berberis levis
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Şimali Afrikadır. Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. Torpağa tələbkar, quraqlığa davamlıdır.
Berberis lycium
İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Cənubi və Orta Avropada, Krımda, Qafqazda, İranda, Şərqi Sibirdə, Şimali Amerikada rast gəlinir. Hündürlüyü 3 m olan həmişəyaşıl koldur. Budaqlari tükcüklü, sarımtıl-boz və ya bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2 sm-dir. Yarpaqları lansetvari və ya tərs yumurtavari, uzunluğu 2-5 sm, biz və ya küt, ucu biz, bütöv və ya az dişli, üstdən açıq-yaşıldır. Çiçəkləri parlaq sarı, salxımlarda 10-20 ədəd, əsasən uzunsov, bəzən sallaq formadadır, uzunluğu 10 sm-dir, bəzən qısas və çətirşəkilli çiçək qruplarına yığılmışdır. Meyvələri ellipsvaridir, uzunluğu 1,2 sm, al-qırmızıdır. Qışa, istiyə davamlıdır, kasıb torpağa dözür, çox nəmişliyi sevmir, işıqsevəndir.
Berberis oblonga
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Berberis polyantha
Çoxçiçəkli zirinc (lat. Berberis polyantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qərbi Çində Sıçuan əyalətinin qərbində yayılmışdır. Hündürlüyü 4 m-dək olan, düzdayanan gövdəli, çılpaq və ya xırda tükcüklü budaqlıdır. Zoğları bozumtul-qonur və ya tutqun qonurdur. Yarpaqları yumurtavari, uzunluğu 1,5-3 sm, ucu yumru, xırda dişli və ya kənarları bütöv, üstü tutqun yaşıl, alt tərəfi parlaq, bozumtuldur. İynələri tək və ya 3 hissəli, uzunluğu 1-2 sm-dir. Çiçəkləri parlaq sarı, xırda, diametri 0,5 mm, uzunluğu 8 mm, eni 3-4 mm-dir. Meyvəsi sentyabrda yetişir. Qışa davamlılığı aşağıdır.
Berberis veitchii
Viça zirinci (lat. Berberis veitchii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Orta Asiya və Qərbi Çindir. Həmişəyaşıl koldur. Budaqları təxminən silindrik olur, cavan budaqları qırmızımtıl və yaşlandıqda sarımtıl-bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2-5 sm-dir. Yarpaqları lansetvari, uzunluğu 6-12 sm, kənarları iti dişli, üstü tünd-yaşıl, alt tərəfi açıq, dərilidir. Çiçəklərin diametri 1 sm olmaqla, 4-8 ədəd dəstələrə yığılmışdır. Meyvələri uzunsov, uzunluğu 1-1,2 sm, qaradır. Abşeronun iqlim şəraiti üçün yararsız olan şümşadın yaxşı əvəzedicisidir.
Berberis vernae
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Berberis wilsoniae
Vilson zirinci (lat. Berberis wilsoniae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir. Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir.
Berberis aquifolium
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.