Berberis ilicifolia

Palıdyarpaq zirinc (lat. Berberis ilicifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Palıdyarpaq zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Berberis ilicifolia L.f.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

ÇilidəArgentinada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. Çiçəkləri sarı rəngli, 7-14 ləçəklidir. Çiçəyinin uzunluğu 0,5-1 sm-dir. Meyvələri noyabr ayından mart ayına qədər yetişir, yarımdairəvi formada, 1 sm uzunluğundadır. Meyvələrinin içərisində uzunluğu 5-6 mm olan 4-6 ədəd toxum yerləşir. Toxumla çoxaldılır.

Abşeronun mühit amillərinə davamlıdır. Rütubətli rayonlarda yayılmışdır. Kölgədə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Qəbələdə, Ordubadda rast gəlinir.

Dekorativ və yeməli bitkidir.