Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Əyilmiş zirinc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Əyilmiş zirinc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qərbi Çində yayılmışdır.
Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir.
Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.
Mərdəkan Dendrarisində 1997-ci ildə introduksiya edilmişdir. Bəzi rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.
Tək və qrup əkinlərində istifadə edilməklə yanaşı, təsərrüfat əhəmiyyətlidir.