Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tadeuş Tanski
Tadeuş Tanski (pol. Tadeusz Tański; 11 mart 1892, Yanuv-Podlyask[d][…] – 23 mart 1941, Auşvits həbs düşərgəsi) — Polşalı avtomobil dizayneri, ixtiraçı, mexaniki mühəndis. Polşalı rəssam və dizayner Çeslav Tanskinin oğlu. == Bioqrafiya == Birinci Dünya müharibəsi başlamazdan əvvəl o, Parisə köçür, burada maşınqayırma ixtisası üzrə təhsil alır və Ali Elektrik Məktəbində təyyarə mühərrikləri üzrə ixtisaslaşır. Müharibə illərində müxtəlif hərbi təyyarələr üçün bir sıra mühərriklər layihələndirib hazırlamış, həmçinin L. Bordon şirkətində zirehli texnikaları geniş şəkildə öyrənmişdir. Daha sonra Armstronq Uitvortda da mühəndis kimi çalışmışdır. 1919-cu ildə Polşaya qayıdır və Hərbi İşlər Nazirliyində Avtomobil bölməsində işləməyə başlayır. Sovet-Polşa müharibəsi zamanı, 1920-ci ildə o, məşhur Ford-T-nin şassisi əsasında Polşanın ilk Ford FT-B zirehli avtomobilini düzəldir. Bu tipli 16 maşın hazırlanır. Müharibədən sonra Tadeuş Polşa silah sənayesində, xüsusən də Kazimej Meger tərəfindən dəvət olunduğu Centralne Warsztaty Samochodowe şirkətində işləyən mühəndislər arasında qalır.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Ana Mayer-Kanski
Ana Mayer-Kanski (sloven. Ana Mayer-Kansky 20 iyun 1895 – 3 noyabr 1962) — ilk sloven əsilli qadın kimyaçı və kimya doktoru. == Bioqrafiyası == Sloveniyalı sahibkar Karl Mayerin ailəsində anadan olmuşdur. Anası Deyak, məşhur pivə zavodunun yerləşdiyi və proşutto istehsal edildiyi Senojeçe şəhərində doğulmuşdur. Ailəsində Anka adlandırıldı. Ana Vipavadakı məktəbdə (1902-1907) təhsil almışdır. Daha sonra Lyublyanadakı liseydə və klassik gimnaziyada təhsilini davam etdirmişdir. Gimnaziyada oxumağa icazə verilən ilk qızlardan biri kimi tanınır. 1914-1918-ci illərdə Ana Vyana Universitetinin Fəlsəfə fakültəsində oxuyur. Burada kimya və fizika kimi əlavə fənnlərdən təhsil alır.
Karl Qute Yanski
Karl Qute Yanski (22 oktyabr 1905[…], Norman[d], Oklahoma – 14 fevral 1950[…], Red-Bank[d], Nyu Cersi) — Amerikalı fizik və radio mühəndisi. O, radioastronomiyasının qurucu simalarından biri hesab olunur.
Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı == Elmi fəaliyyətin başlanması == Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. == Tyan-Şan dağ sisteminin fiziki-coğrafi == Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.