Pyotr Semyonov-Tyan-Şanski

Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı

Pyotr Semyonov-Tyan-Şanski
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti tədqiqatçı-səyyah[d], statistik, coğrafiyaşünas, botanik, entomoloq, rəsm kolleksioneri[d], sənətşünas
Fəaliyyət illəri 1850–1914
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi fəaliyyətin başlanması

[redaktə | mənbəni redaktə et]

Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona RusiyadaAvropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır.

Tyan-Şan dağ sisteminin fiziki-coğrafi

[redaktə | mənbəni redaktə et]

Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir.

1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır. Marşrut Barnaul və Semipalatinskidən Tyan-Şana keçirdi. Tyan-Şanski Tyan-Şan dağlarının tədqiq olunmamış vilayətlərinə səyahət etməklə, möcüzəli Issık-Kul gölünə çatır və Çu çayının başlanğıcını bu göldən deyil, başlanğıcını dağlarlan götürdüyünü müəyyən edir. Sonrakı il Tyan-Şan dağlarının daxili hissələrinə irəliləməklə Sırdəryanın yuxarı axınına çatır. Çətinliklə də olsa irəliyə doğru hərəkəti, onun dağlar qrupu Xan-Tenqriyə çatması və bir çox çayların başlanğıcını götürdüyü 30 qarlı zirvələrini müəyyən edilməklə nəticələndi. Uzun müddət hündürlüyü 6995 m olan Xan-Tenqri Tyan-şanın ən hündür zirvəsi sayıldı. Yalnız bu səhv sovetlər birliyi dövründə düzələrək ən hündür zirvənin Qələbə piki (7439 m) olduğu aşkar oldu. Tyan-şan dağlarının vulkanik olmadığını müəyyən etməklə Humboltun səhvini düzəltmiş oldu. Çin dilindən tərcüməsi "Səma dağları" olan Tyan-Şandan bir sıra bitki növlərini və süxur qırıntılarını toplamaqla onların keçmiş və bu günü haqqında düzgün elmi nəticələr çıxarmağa müvəffəq olmuşdur. Həmçinin o, bu dağ sistemində ilk dəfə olaraq təbii zonalar ayırmış və hər zonanın özünəməxsus xarakter xüsusiyyətlərin izahını vermişdir. O, Tyan-Şan dağ sisteminin rayonlaşmasını aparıb, burada təbii mühitin tiplərini göstərmiş, xüsusilə hündürlük qurşaqlarını təyin etmişdir, P.P.Semyonov-Tyanşanski bu tədqiqatı yüksək qiymətləndirilmiş və o zamankı Rusiya Coğrafiya Cəmiyyətinin xüsusi qərarı ilə onun familiyasına Tyanşanski sözləri əlavə olunmuşdur. Ümumiyyətlə, Orta Asiya və Mərkəzi Asiyanın elmi cəhətdən öyrənilməsi Nikolay Mixayloviç Prjevalskidən qabaq Tyan-Şanskinin adı ilə bağlıdır. Görkəmli səyyah, botanik, zooloq və geoloq Tyansanski 40 ildən artıq bir dövrdə Rusiya coğrafiya cəmiyyətini idarə etmişdir.

Tyanşanskinin rəhbərliyi ilə Mərkəzi və Cənubi-Şərqi Asiyanı, Orta Asiyanı, Uzaq Şərqi öyrənmək üçün onlarla ekspedisiyalar təşkil olunmuşdur. Tyanşanski bu ekspedisiyalara N.M.Prjevalski, Q.N.Potanin, M.V.Pevtsov, A.L.Çekanovski, N.N.Mikloxo-Maklay, A.İ.Voyeykov, İ.V.Muşketov və s. kimi tədqiqatçıları, görkəmli alim və səyyahları dəvət etmişdir.

İqtisadi rayonlaşma metodikasının təkmilləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Alim eyni zamanda uzun müddət ərzində Mərkəzi Statistika Komitəsinin direktoru olmuşdur. O, burada Rusiyanın çoxcildli coğrafi statistika lüğətini hazırlayır və statistika idarəsinin geniş imkanlarından istifadə edərək Rusiya iqtisadiyyatının statistik və coğrafi tədqiqi işlərinə başlayır. Rusiyada ilk dəfə olaraq elmi əsaslar üzərində qurulmuş dəqiq iqtisadi rayonlaşma aparmışdır. Rusiya əhalisinin coğrafiyası, torpaq mülkiyyəti coğrafiyası və s. aid çoxcildli, geniş məzmunlu əsərlər yazmışdır. Onun iqtisadi və sosioloji xarakterli əsərləri, bilavasitə iqtisadi coğrafi işləri 1861-ci ilə qədər və islahatdan sonrakı dövrdə Rusiyada kapitalizmin inkişafını göstərən qiymətli sənədlər olmuşdur.

Tyanşanski K.İ.Arsenyevin Rusiyanı rayonlaşdırma işini davam etdirmiş, rayonlaşdırma metodunu və prinsiplərini praktik cəhətdən xeyli zənginləşdirmişdir. O, təbii rayonlaşdırmanı təbii mühitin tiplərə ayrılması metodu ilə aparmış, Rusiyada 4 müxtəlif çöl (step-rus.) tipini əsas götürmüş, Zaalay ölkəsində isə hündürlük qurşaqları ayırmışdır. Təbii rayonlaşmanı təbii elementlərin və bütövlükdə təbiətin ərazi üzrə fərqləri əsasında aparmışdır.

Alim müasirləri sayılan Avropa coğrafiyaçılarından fərqli olaraq elmi rayonlaşma işini aparmış və rayonun real varlıq olduğunu göstərmişdir. O, təhlili coğrafiya yaratmaqla təbiət və təsərrüfat arasında mövcud olan qarşılıqlı əlaqələrdən yaranan sahə qanunauyğunluğunu müəyyən etmişdir.

1880-ci ildə alim ölkənin iqtisadi rayonlaşdırılmasının yeni variantını hazırlamışdır. Elmi ədəbiyyatda bu rayonlaşma P.P.Semyonov-Tyanşanski adı ilə uzun müddət yaşamışdır. O, Rusiyanı 19 rayona bölmüşdü: 1. Ucqar Şimal; 2.Göllərətrafı (Şimal-Qərb); 3.Pribaltika; 4.Moskva (Mərkəz) sənaye; 5.Mərkəzi Qaratorpaq; 6.Priuralye; 7.Volqaboyu; 8.Malorusiya; 9.Novorusiya; 10.Cənub-Qərb; 11.Belorusiya; 12.Litva; 13.Qərbi Sibir; 14.Orta Sibir; 15.Şərqi Sibir; 16.Uzaq Şərq; 17.Qırğızıstan -(müasir Orta və Şimali Qazaxıstan); 18.Türkmənistan; 19.Qafqaz. Bu böyük rayonların daxilində müxtəlif səviyyəli yarımrayonlar (zolaqlar və digər hissələr) ayırmışdır.

Göstərilən rayonlaşdırma iqtisadi əlamətlərin məcmusunu və qismən milli cəhətləri nəzərə almaqla aparılmış iqtisadi rayonlaşdırma idi. Təbii şəraitin xüsusiyyətləri və təbii ehtiyatlar iqtisadi göstəricilər vasitəsilə nəzərə alınmışdır.

Coğrafiya elminin inkişafı sahəsində tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Tyan-Şanski coğrafiyanın nəzəri məsələləri ilə də məşğul olmuşdur. O, coğrafiyanın predmetini geniş və dar mənada izah etmişdir. Tyan-Şanskiyə görə, «geniş mənada coğrafiya» yer kürəsini hərtərəfli tədqiq edən bütöv təbiət elmləri qrupudur. «Dar mənada coğrafiya» isə həm yer səthinin təbii xüsusiyyətlərini, həm də onu dəyişdirən insan fəaliyyətini öyrənir.

«Rusiya Coğrafiya Cəmiyyətinin 1845-1895-ci illərdə yarıməsrlik fəaliyyəti tarixi» adlı üç cildlik əsərin birinci cildinə girişdə o, «coğrafiya» terminini «yerşünaslıq» termini ilə əvəz etməyi üstün tutmuş və onun tərkibinə kartoqrafiya, oroqrafiya, geologiya, hidrologiya, meteorologiya, klimatologiya, fito və zoocoğrafiyanı daxil etmişdir. Tyan-Şanskiyə görə, yerşünaslığın diqqət mərkəzində insan durur. Buna görə o, antropologiya, tarixi arxeologiya, etnoqrafiya, demoqrafiya, siyasi və tarixi coğrafiya və statistikanı (hazırkı iqtisadi coğrafiyanı) yerşünaslığa aid etmişdir.

  • О важности ботанико-географических исследований в России. "Вестник РГО", 1851, ч. 1.
  • Описание Новой Калифорнии, Новой Мексики... "Вестник РГО", 1851, ч. 2,3.
  • Придонская флора в её отношениях с географическим распределением растений в Европейской России. СПб., 1851.
  • К. Риттер. Землеведение Азии. ред., пер. и доп. П.П. Семенова. Ч. 1-5, 1856-1879.
  • Первая поездка на Тянь-Шань, или Небесный хребет, до верховьев р. Яксарта, или Сыр-Дарьи, в 1857 году. "Вестник РГО", 1858.
  • Географическо-статистический словарь Российской Империи, Т.1.[ölü keçid] СПб, 1863.
  • Географическо-статистический словарь Российской Империи, Т.2.[ölü keçid] СПб, 1865.
  • Поездка из укрепления Верного через горный перевал у Суок-Тюбе и ущелье Буам к западной оконечности оз. Исык-Куль в 1856 г. Отрывок из путевых записок. "Записки РГО по общей географии", т.1. СПб., 1867.
  • Географическо-статистический словарь Российской Империи, Т.3.[ölü keçid] СПб, 1867.
  • Географическо-статистический словарь Российской Империи, Т.4.[ölü keçid] СПб, 1870.
  • Обозрение деятельности общества по общей географии "Двадцатипятилетие Русского географического общества". СПб., 1872.
  • Статистика поземельной собственности и населенных мест Европейской России. Вып. 1,2,4,5 (погубернские очерки). СПб., 1880-1884.
  • Мураевенская волость (Данковского уезда, Рязанской губ.). Сборник материалов для изучения сельской поземельной общины, СПб., 1880.
  • Живописная Россия. Отечество наше в его земельном, историческом, племенном и бытовом значении. Под общей ред. П.П. Семенова, т. 1-12, СПб-М., 1881-1885 (П.П. Семеновым написаны разделы о Крайнем Севере, Озёрной, Литовской, Белорусской областях, Зап. Сибири, Небесном хребте, Заилийском крае и др.).
  • Географическо-статистический словарь Российской Империи, Т.5.[ölü keçid] СПб, 1885.
  • Землеведение Азии Карла Риттера. География стран, входящих в состав Азиатской России и пограничных с нею. Восточная Сибирь, оз. Байкал и Прибайкальские страны, Забайкалье и степи Гоби. Новейшие сведения об этих странах (1832-1893 г.), служащих последующими выпусками к русскому тексту Риттера, изданному под приведенным заглавием в 1879 году. СПб, 1894-1895. Ч.1. Сост.: П.П. Семенов, И.Д. Черский и Г.Г. Петц.
  • История полувековой деятельности имп. Русского Географического общества 1845-1895. Ч. 1-3, СПб., 1896.
  • Россия. Полное географическое описание нашего отечества... Под. ред. В.П. Семенова и под общим руководством П.П. Семенова и акад. В.П. Ламанского. Спб. 1899-1913 (ряд очерков в этом издании написаны П.П. Семеновым).
  • Мемуары, т. 1-4 (т. 1. Детство и юность. 1827-1855. Пг., 1917; т.2. Путешествие в Тянь-Шань в 1856-1857. М., 1946, изд. 2 1948, изд. 3 1958; т. 3. Эпоха освобождения крестьян в России. 1857-1861. Пг., 1915).
  • Леонов Н. И. Пётр Петрович Семёнов-Тян-Шанский. — М.: Географгиз, 1957. (Замечательные географы и путешественники).
  • Алдан-Семёнов А. Семёнов-Тян-Шанский. – М.: Молодая гвардия, 1965. (Жизнь замечательных людей Выпуск 24 (415)).
  • Козлов И.В. Пётр Петрович Семёнов-Тян-Шанский. – М.: Просвещение, 1983. (Люди науки)
  • Антошко Я., Соловьёв А. У истоков Яксарта. К 150-летию со дня рождения П.П. Семёнова-Тян-Шанского. – М.: Мысль, 1977. (Замечательные географы и путешественники).
  • Семенов-Тян-Шанский Петр Петрович // Шилов Д. Н., Кузьмин Ю. А. Члены Государственного совета Российской империи. 1801—1906: Биографический справочник. — СПб: Дмитрий Буланин, 2006. — 992 стр., C. 728—737 ISBN 5-86007-515-4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Семёнов-Тян-Шанский П. П. Географическо-статистический словарь Российской Империи на сайте Руниверс
  • Статья в БСЭ, карта экспедиций[ölü keçid]
  • Шокальский Ю. М.?!. Семенов, Петр Петрович  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Страница на сервере museum. ru (страница мемориального музея П.П. Семенова-Тян-Шанского в деревне Рязанка на сайте museum.ru)
  • Страница на сервере 1september.ru Arxivləşdirilib 2012-01-22 at the Wayback Machine (статья о мемориальном музее П.П. Семенова-Тян-Шанского в деревне Гремячка из газеты "География")