Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acacia georginae
Acacia georginae (lat. Acacia georginae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Anas georgica
Sarıdimdik ördək (lat. Anas georgica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Sarıdimdik ördək qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil. == Yayılması == Sarıdimdik ördək əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür. == Yaşayış yeri == Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar. == Çoxalması == Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur.
Avena georgiana
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Avena georgica
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Cənubi Georgiya
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həmdə Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır. == Ümumi məlumat == Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur.
Georgian Airways
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Georgiya Şihan
Quercus georgiana
Quercus georgiana (lat. Quercus georgiana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Pyrus georgica
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Georgia airways
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Bank of Georgia
Bank of Georgia (gürc. საქართველოს ბანკი) — Gürcüstanın ən böyük kommersiya banklarından biridir. Baş qərargahı Tiflis şəhərində yerləşir. == Tarixi == Bank 1903-cü ildə quruldu. Kommunistlər tərəfindən milliləşdirildi və Binsotsbank olaraq adlandırıldı. Yenidən özəlləşdirildi və 1994-cü ildə Bank of Georgia olaraq adlandırıldı. Bank of Georgia ilk olaraq 2001-ci ildə Gürcüstan Fond Birjasında qeydiyyata alındı. 2004-cü ildə Tbiluniversalbank ilə birləşdirildi. 2004-cü ildən başlayaraq Bank of Georgia bir sıra strateji satınalmaları tamamladı, bir sıra pərakəndə məhsullar təqdim etdi və böyük infrastruktur yeniləmələrinə başladı. Bankın özəl bankçılıq fəaliyyətinə başladı və Gürcüstan Fond Birjasında debüt korporativ istiqrazlar yerləşdirdi.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. == Coğrafiyası == Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. == Cənubi Georgiya == Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Cənubi Georgiya və Cənubi Sendviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. == Coğrafiyası == Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. == Cənubi Georgiya == Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. == Tarixi == Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Georgi
Georgi — Daha çox slavyanlarda istifadə edilən ad və soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Georgi Çiçerin — Rusiya marksist inqilabçısı, sovet diplomatı və siyasətçisi, musiqişünası. Georgi Pırvanov — Bolqarıstan siyasətçisi. Georgi Malenkov — Komunist partiyasının lideri və Sovet siyasətçisi. Georgi Qurciyev — Georgi Kostaki — yunan əsilli sovet kolleksiyaçısı. Georgi Poltavçenko — Sankt-Peterburqun qubernatoru (2011). Georgi Uqulava — Gürcüstan siyasətçisi (Birləşmiş Milli Hərəkat Partiyası). Georgi Çelpanov — Rusiya alimi. Georgi Daneliya — Rejissor.
Georgios Kandilis
Georgios Kandilis (yun. Γεώργιος Κανδύλης; 14 aprel 1915, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 10 may 1995[…]) — XX əsrin məşhur yunan və fransız memarı və şəhərsalma mütəxəssisi. == Həyatı == Georgios Kandilis 1911-ci il 29 mart tarixində Rusiya imperiyasının Bakı şəhərində yaşayan yunan ailəsində anadan olmuşdur. Onun atası Trabzondan olan Pont əsilli idi. Anasının kökük isə yunan adası Xiosa gedib çıxırdı. Özünün uşaqlıq xatirələri barədə Kandilis danışarkən Oktyabr inqilabını və Bakıya Qızıl Ordunun daxil olmasını qeyd etmişdir. Lakin sonralar onun atası həbs olunmuş, anası ağır xəstəliyə düçar olmuş, kiçik qardaşı isə vəfat etmişdir. Atası azad olunduqdan sonra İrana meşə ticarəti ilə məşğul olmağa yollamışdılar. Gənclik illərində Kandilis ailəsi ilə birlikdə Yunanıstana gəlmiş, burada yunan dilini dərindən öyrənmək imkanı əldə etmiş və yunan vətəndaşlığını almışdır. Afina şəhəri yaxınlığında yerləşən Kolonaki rayonundakı 3 saylı gimnaziyanı bitirmişdir.
Georgios Vulqarakis
Qeorgios Vulqarakis (yunan: Γιώργος Βουλγαράκης; 4 iyun 1959, Retimno[d]) — Yunan siyasətçisi olub, dənizi ticarəti, Egey dənizi və ada siyasəti üzrə keçmiş nazir idi. == Həyatı == Vulqarakis 4 iyun 1959-cu ildə İraklionda anadan olmuşdur. anadan olub və Afina Universitetindən Siyasi Marketinq və Əlaqələr üzrə elmlər doktoru dərəcəsinə sahibdir. Yeni Demokratiya partiyasının üzvüdür. 1989-cu ilin iyununda keçirilən parlament seçkilərindən bəri Afina A 'Seçki Bölgəsindən seçilib və 1992-ci il 3 Dekabr — 12 Oktyabr 1993-cü il tarixlərində Ətraf Mühit, Məkan Planlaşdırma və İctimai işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 10 Mart 2004-cü ildən Baş nazir Kostas Karamanlis hökumətində ictimai asayiş naziri idi. 14 February 2006-cı ildə qurum Mədəniyyət Nazirliyi adlandırıldı. Yunan prokuroru, bir qrup pakistanlı kişinin London bombalarından sonra Yunan və İngilis kəşfiyyatçıları tərəfindən qaçırıldıqları iddialarını dəstəklədi. Qeorgios Vulqarakis hər hansı bir əlaqəni rədd etdi, lakin əsas müxalifət partiyası PASOK və İnsan Haqları Qrupları Vulqarakisin kabinetindən istefasını tələb etdi. 30 may 2006-cı ildə Vulqarakis bombalanmadan sağ çıxdı.
Georgius Tzul
Georgius Tzul — Xəzər xaqanlığının son xaqanı. 1016-cı ilə qədər xaqan olmuşdur. Sonra isə əsir götürülmüşdür və Xəzər xaqanlığı da süqut etmişdir. 1016-1019-cu illərdə Bizansla müttəqfiq olan ruslar Bizansın köməyi ilə Xəzər xaqanlığına yürüşlər etməyə başladılar. Həmin dövrdə Bizans imperatoru II Basileiosun köməyilə Xəzər xaqanlığının tərkibində olan Tmutarakan şəhərinə hücuma keçən Kiyev knyazı I Svyatopolk şəhəri və ətrafını ələ keçirmişdir. Döyüşdə məğlub olan Georgius Tzul isə əsir alınmışdır. Xaqan xristianlığı qəbul etmiş və Arbon adını götürmüşdür. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook.
Grevillea georgeana
Grevillea georgeana (lat. Grevillea georgeana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea georgeana (McGill.) Christenh.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. == Bioqrafiyası == 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
Qeorgios Vulqarakis
Qeorgios Vulqarakis (yunan: Γιώργος Βουλγαράκης; 4 iyun 1959, Retimno[d]) — Yunan siyasətçisi olub, dənizi ticarəti, Egey dənizi və ada siyasəti üzrə keçmiş nazir idi. == Həyatı == Vulqarakis 4 iyun 1959-cu ildə İraklionda anadan olmuşdur. anadan olub və Afina Universitetindən Siyasi Marketinq və Əlaqələr üzrə elmlər doktoru dərəcəsinə sahibdir. Yeni Demokratiya partiyasının üzvüdür. 1989-cu ilin iyununda keçirilən parlament seçkilərindən bəri Afina A 'Seçki Bölgəsindən seçilib və 1992-ci il 3 Dekabr — 12 Oktyabr 1993-cü il tarixlərində Ətraf Mühit, Məkan Planlaşdırma və İctimai işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 10 Mart 2004-cü ildən Baş nazir Kostas Karamanlis hökumətində ictimai asayiş naziri idi. 14 February 2006-cı ildə qurum Mədəniyyət Nazirliyi adlandırıldı. Yunan prokuroru, bir qrup pakistanlı kişinin London bombalarından sonra Yunan və İngilis kəşfiyyatçıları tərəfindən qaçırıldıqları iddialarını dəstəklədi. Qeorgios Vulqarakis hər hansı bir əlaqəni rədd etdi, lakin əsas müxalifət partiyası PASOK və İnsan Haqları Qrupları Vulqarakisin kabinetindən istefasını tələb etdi. 30 may 2006-cı ildə Vulqarakis bombalanmadan sağ çıxdı.
Qeorqius Aqrikola
Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) – == Həyatı == Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir.
Georgios Kafandaris
Georgios Kafandaris (yun. Γεώργιος Καφαντάρης; 13 (25) oktyabr 1873, Frangista[d] – 28 avqust 1946, Afina) — Yunanıstan hüquqşünası və siyasətçisi. O, 1924-cü ildə bir aydan uzun müddətdə Yunanıstanın Baş naziri olmuşdur. == Həyatı == Georgios Kafandaris 25 oktyabr 1873-cü ildə dağlıq Evritaniyanın Anatoliki Frangista kəndində anadan olmuşdur. O, Afinada hüquq təhsili almışdır. Kafandaris Karpension və Messolongionda hüquqşünas kimi çalışmışdır. O, 1905-ci ildə parlamentə seçilmişdir. Elefterios Venizelos hökumətlərində nazir olmuşdur. O, 1915-ci ildə daxili işlər naziri, 1919-cu ildə kənd təsərrüfatı naziri təyin edilmişdir. Kafandaris 1924-cü ilin yanvarında Elefterios Venizelos hökumətində ədliyyə naziri, ondan dərhal sonra isə bir ay Baş nazir olmuşdur.
Hakea georgeana
Grevillea georgeana (lat. Grevillea georgeana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea georgeana (McGill.) Christenh.
Qeorqiy Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Qorqona Meduza
Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona. == Mənşəyi == Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir. == Ölümü == === Persey və meduza === Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Georqi Malaşxiya
Georqi Malaşxiya (gürc. გიორგი მამანტის ძე მალაშხია; 18 mart 1934, Nakipu kəndi, Gürcüstan Sovet Sosialist Respublikası) — gürcü alimi, iqtisadçı, filosof, sosioloq, publisist və şair. == Həyatı == 1957-ci ildə Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1957-1961-ci illərdə Tsxaltubo kurortunda iqtisadi xidmətdə işləmişdir. 1961-1964-cü illərdə Gürcüstan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən iqtisad elmləri doktoru, 1998-ci ildə professor elmi adını almışdır. 1964-2006-cı illərdə tədqiqat institutlarında müxtəlif vəzifələrdə - kiçik, böyük, elmi işçi, sektor müdiri, sonra şöbə, baş elmi işçi çalışmışdır. 1996-2009-cu illərdə Abxaziya Dövlət Universitetinin professoru olub. 2009-cu ildən Gürcüstan Texniki Universitetinin professorudur.