Georgios Kafandaris

Georgios Kafandaris (yun. Γεώργιος Καφαντάρης; 13 (25) oktyabr 1873, Frangista[d]28 avqust 1946, Afina) — Yunanıstan hüquqşünası və siyasətçisi. O, 1924-cü ildə bir aydan uzun müddətdə Yunanıstanın Baş naziri olmuşdur.

Georgios Kafandaris
yun. Γεώργιος Καφαντάρης
Şəxsi məlumatlar
Doğum tarixi 13 (25) oktyabr 1873
Doğum yeri
Vəfat tarixi 28 avqust 1946(1946-08-28) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Dini Yunanıstan Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgios Kafandaris 25 oktyabr 1873-cü ildə dağlıq Evritaniyanın Anatoliki Frangista kəndində anadan olmuşdur. O, Afinada hüquq təhsili almışdır. Kafandaris Karpension və Messolongionda hüquqşünas kimi çalışmışdır. O, 1905-ci ildə parlamentə seçilmişdir. Elefterios Venizelos hökumətlərində nazir olmuşdur. O, 1915-ci ildə daxili işlər naziri, 1919-cu ildə kənd təsərrüfatı naziri təyin edilmişdir. Kafandaris 1924-cü ilin yanvarında Elefterios Venizelos hökumətində ədliyyə naziri, ondan dərhal sonra isə bir ay Baş nazir olmuşdur. Bundan sonra o, özünün "Tərəqqiçi Liberallar Partiyası"nı yaratmışdır.[1] 4 avqust 1936-cı ildə "kommunist təhlükəsi" bəhanəsi ilə general Metaksas və kral Georq ölkədə diktatura rejimi qurmuşdular. Hüquqi partiyaların liderlərindən heç biri bu addıma dinamik reaksiya verməmişdir. Yalnız Kafandaris kralı Əlahəzrət adlandırmaqdan yayınaraq, "cənab, niyə belə etdin" ifadəsi ilə ona müraciət etmişdir.[2]

Kafandaris general Metaksasın diktaturası illərində sürgünə göndərilmişdir. O, ölkənin üçtərəfli AlmaniyaİtaliyaBolqarıstan tərəfindən işğalı illərində Yunanıstanda qalmışdır. Tarixçilərdən biri bu dövrdə Kafandarı "əyalət təfəkkürlü, hiyləgər və xırda siyasətdə pis vərdişləri olan qoca" kimi xarakterizə etmişdir.[3] O, Yunanıstanda kommunizm tərəfdarı olan Yunan Xalq Azadlıq Ordusu tərəfindən azad edilmişdir. Bu, ölkənin hakim dairələrinin narahatlığına səbəb olmuşdu, lakin Kafandaris kommunist liderlərinin hakimiyyəti ələ ala bilmədiyini və istəmədiyini görüb dostlarını sakitləşdirmişdir. O, demişdir: "Sakit olun. Qəribə heç nə baş vermir. Xalq öz xilaskarlarına minnətdarlığını bildirir. Xoşbəxtlikdən, onun (xalqın) liderləri o qədər sadəlövhdür ki, onlar yenidən bizə güc təklif edəcəklər və daha rahat olduqları həbsxanalara və boş adalara qayıdacaqlar".[4]

26 oktyabr 1944-cü ildə Kafandaris Vinston Çörçillin sədrliyi ilə Afinada Yunanıstanın siyasi partiyalarının rəhbərlərinin toplantısında iştirak etmişdir.[5] Britaniya ordusunun Yunan Xalq Azadlıq Ordusuna qarşı sonrakı döyüşlərinin səbəblərindən biri də nizami ordu yaratmaq üçün ELAS-ın tərksilah edilməsini tələb etdiyi halda baş nazir Papandreunun sürgün hökuməti tərəfindən Yaxın Şərqdə müharibə illərində yaradılmış bir neçə elit ordu hissələrini tərksilah etməkdən imtina etməsi idi. Kafandaris Papandreunu ittiham edərək onu "Dağ briqadasının 2,000 pretoruna görə ölkəni qana qərq edən ləyaqətsiz siyasətçi" adlandırmışdır.[6]

Kafandaris müharibədən sonra yunan "kvislinqləri"nin məhkəməsində Kafandaris kollaboristlərə haqq qazandırmış, onların şəxsi mülahizələrdən deyil, xalqın mənafeyindən çıxış etdiklərini, Ox dövlətlərinin müharibədən qalib çıxacağına inandıqlarını bildirmişdir.[7] O, 1945-ci ilin noyabrında Sofoulis hökumətində baş nazirin müavini olmuşdur.[8]

Yeni seçkilər 31 mart 1946-cı ilə təyin edilmişdir. Seçkilərdə iştirak etmək üçün solçu partiyaların nümayəndələri bir sıra şərtlər irəli sürmüşdülər. Sofoulis şərtləri qəbul etməkdən imtina etmişdir. Sofoulisin bu hərəkəti və sol partiyaların bu seçkiləri boykot etmək qərarı Yunanıstanı vətəndaş müharibəsinə sürükləmişdi. 12 mart 1946-cı ildə Sofoulis hökumətinin 14 naziri, o cümlədən Kafandaris istefa vermişdir.[9] Georgios Kafandaris 28 avqust 1946-cı ildə vəfat etmişdir.

  1. Кафандарис, Георгий // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  2. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 457.
  3. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 580.
  4. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 746.
  5. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 780.
  6. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 781.
  7. Ιδου η αλήθεια Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine, Κωνσταντίνος Λογοθετόπουλος, σελίς 33.
  8. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 808.
  9. Τριαντάφυλος Α. Γεροζήσης, Το Σώμα των αξιωματικών και η θέση του στη σύγχρονη Ελληνική κοινωνία (1821—1975), εκδ. Δωδώνη, ISBN 960-248-794-1, p. 810.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]