Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dekret
Dekret (lat. decretum-qərar) — ali hakimiyyət orqanının hər hansı məsələyə dair qanuni qüvvəyə malik olan qərarı. Dekret termini ilk dəfə qədim Roma hüququnda istifadə edilmişdir.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Riyaziyyatçı və filosof == Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.
Derketo
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Devrək
Devrək (türk. Devrek) — Zonquldak ilinin ilçəsi. Əhalisi 57.540 nəfərdir. 14 may 1920-ci ildə Zonquldak ilinin ilçəsi statusu almışdır. Məmur Ümid Altay, bələdiyyə başçısı isə Çətin Bozqurddur. == Tarixi == Qədim dövrlərdən bəri dərin köklü bir tarixə sahib olan Devrek bölgənin sosial və mədəni yükünü digər qonşuları ilə birlikdə icra edirdi. Bu çərçivədə, Devrek erkən xalkolit dövründə (e.ə. 5500) məskunlaşma səhnəsi idi və bu vəziyyət erkən tunc dövrünün sonuna qədər davam etdi. Eramızdan əvvəl 2000-ci ildən Yunan dövrünə qədər 'Qaranlıq Əsr' adlandırdığımız bu illərdə heç bir yaşayış məskəninin olmadığı Devrəkin Ellinizm Dövründən bəri tikintiyə məruz qaldığı aydın olur. Buna görə Devrekdə və ətrafındakı ərazilərdə Hitti yaşayış yeri yoxdur.
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Məmmədov Fikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri. Fikrət Mursaqulov — baş redaktor.
Fətrət
Fətrət (lat. interregnum) — monarxiyalarda taxtın boşaldılması dövrü. == İrsi monarxiyalar == İrsi bir monarxiyada varisliyin açıq qaydaları (varisin seçilməsində qeyri-müəyyənlik, onun razılığını gözləmək, xaricdən gəlişi və s.) Və ya hakim bir sülalənin yatırılması vəziyyətində (sülalə böhranına baxın) qeyri-müəyyən bir vəziyyət yarana bilər. İrsi bir monarxiyada bir fətrət ümumiyyətlə kəskin siyasi böhran və qeyri-sabitlik dövrü deməkdir. Rusiya Rus tarixində ilk nisbətən uzun fətrət 1598-ci ildə Rurik ailəsinin kral xəttinin sıxışdırılmasından sonra baş verdi. Boris Godunovun taxta seçilməsi ilə başa çatdı. 1610-1613-cü illərdə çətinliklər dövrünün ən çətin mərhələsində Rusiyada ümumiyyətlə tanınmış bir monarx mövcud deyildi (baxmayaraq ki, Yeddi Boyar dövrü 1610-cu il avqustun 27-də Rusiya taxtının Polşa şahzadəsi Vladislava təhvil verilməsinə dair müqavilə imzaladı). Rusiya İmperiyasında, fətrət, 1825-ci ilin sonlarında, İskəndər I. De yurenin ölümündən sonra, İskəndərin birbaşa varisi I Nikolay . retroaktiv olaraq elan edildi. == Seçilmiş monarxiyalar == Seçkili bir monarxiya şəraitində (daha doğrusu, müasir bir Malayziyada olduğu kimi, yeni bir monarxın ömür boyu rotasiya yolu ilə seçildiyi, lakin əvvəlkilərin ölümündən sonra), interregnum normal və proqnozlaşdırılan vəziyyətdir, bunun üçün monarxın seçilməsinə qədər dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icrası üçün normativ mexanizmlər təmin olunur.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Debet
Dəkkə
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Kəkrə
Kəkrə (lat. Acroptilon) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
"Qeyrət" nəşriyyatı
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. == Həyatı == Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Bulbophyllum dearei
Bulbophyllum dearei (lat. Bulbophyllum dearei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dearei növü Qərbi Malayziyadan Filippinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dearei A.H.Kent Bulbophyllum godseffianum Weathers Bulbophyllum punctatum Ridl. Bulbophyllum reticosum Ridl. Phyllorchis dearei (Rchb. f.) Kuntze Phyllorkis dearei (Rchb.f.) Kuntze Sarcopodium dearei Rchb.f.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-cü ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. == Populyar mədəniyyətdə == Desert Eagle 600-dən çox film, televiziya şousu və video oyununda nümayiş etdirilərək populyar mədəniyyətdə geniş rol alıb. Magnum Research(en) CEO-su John Risdallın sözlərinə görə tapançanın kommersiya uğuru qismən onun filmlərdə istifadəsi ilə bağlıdır. == İstinadlar == == Mənbə == ↑U. S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Diskret riyaziyyat
Diskret riyaziyyat — Kökündən diskret olan riyazi strukturları ilə maraqlanan və davamlılıq ehtiva etməyən mövzularını əhatə edən riyaziyyat sahəsidir. Belə strukturlara sonlu qruplar, sonlu qraflar, eləcə də bəzi riyazi modellərin məlumatların çeviriciləri, sonlu maşınlar, Turing maşınları, və s. kimi strukturlar ilə təsnif edilə bilər. Bunlar sonlu (məhdud) xarakterli strukturların nümunələridir. Onların öyrənilməsi ile meşqul olan diskret riyaziyyat bölməsi - sonlu riyaziyyat adlanir. Bəzən bu anlayışı diskret riyaziyyatın sahələrinə gədər genişləndirirlər. Bu sonlu strukturlar ilə yanaşı, diskret riyaziyyat bəzi cəbr sistemləri, sonsuz qraflar, ədədi sxemləri müəyyən bir növünü və s. bölməlerin öyrənilməsi də aiddir. Sinonim kimi bəzən diskret təhlili termini istifadə edilir.
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".