"Qeyrət" nəşriyyatı

"Qeyrət" nəşriyyatıNaxçıvan Dövlət Universitetində fəaliyyət göstərən nəşriyyat[1]. Nəşriyyatın direktoru Samir Tarverdiyevdir[2].

"Qeyrət" nəşriyyatı
Ümumi məlumatlar
Sənaye Nəşriyyat
Təsis tarixi 1997
Rəhbərlik
Rəhbərlik Samir Tarverdiyev
"QEYRƏT" NƏŞRİYYATI

Tarixi[redaktə | mənbəni redaktə et]

"Qeyrət" nəşriyyatı 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır[2].

Mətbəəsi[redaktə | mənbəni redaktə et]

Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır[2].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nəşriyyatda Naxçıvan regionunun tarixinə, arxeoloqiyası və etnoqrafiyasına, zəngin təbiəti və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər[2] nəşr edilir.

Tədris prosesi ilə əlaqədar bütün materiallar – jurnallar, blanklar, formalar və fənn proqramları bu nəşriyyatda nəşr edilib, universitetin struktur bölmələrinə çatdırılır[2]. Həmçinin universitetin elmi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni, habelə elmi konfransların materialları da bu nəşriyyatında çap olunur[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunub Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. muallim.edu.az, 28.09.2012  (az.)
  2. 1 2 3 4 5 6 "QEYRƏT" NƏŞRİYYATI Arxivləşdirilib 2017-06-28 at the Wayback Machine. ndu.edu.az  (az.)