Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (05.11.1938 – 23.02.2015) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir == Fəaliyyəti == 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Ruslan İbadlı
Ruslan Sakit oğlu İbadlı (d. 19 fevral 1995; Nəsimikənd, Biləsuvar rayonu — ö. 28 sentyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Abbasilər xilafəti – 873[…], Bağdad, Abbasilər xilafəti) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Vivaldi
Antonio Vivaldi (4 mart 1678[…], Venesiya, Venesiya Respublikası[…] – 28 iyul 1741[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası) — italyan bəstəkarı, skripkaçı, dirijoru və pedaqoqu. Onun qırmızı saçı səbəbdən Prete Rosso ("Qırmızı Keşiş") ləqəbi ilə tanınmışdır. Ən böyük Qərb bəstəkarlarından biri sayılır, onun həyatı ərzində yaradılmış əsərlər bütün dünya musiqisinin inkişafına təsir edib. Vivaldi əsasən instrumental konsertlərin təşkili ilə tanınır, qırxdan çox operanın müəllifidir. Onun ən məşhur əsəri Dörd fəsil skripka üçün konsertidir. == Həyatı == Antonio Lucio Vivaldi Venesiyada 1678-ci ildə doğulub, o zamanlar Venesiya Respublikasının paytaxtı. O analığı tərəfindən onun evində doğulmasından sonra dərhal xaçlanıldı. Vivaldinin valideynləri Giovanni Battista Vivaldi və Kamilla Calicchio idi, və buda Bragora San Giovanni kilsəsinin registrində qeydə alınmışdır. Ailədə Vivaldidən başqa beş uşaq var idi: Margarita Gabriela, Sesiliya Mariya, Bonaventura Tomaso, Zanetta Anna və Giovanni Battista Francesco Gaetano. Atası peşəkar skripkaçı idi və məhz o Antonionu musiqi aləminə gətirir və ilk müəllimi olur.
İbaxlı
İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var. Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Basdı
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Antonio Vivaldi
Antonio Vivaldi (4 mart 1678[…], Venesiya, Venesiya Respublikası[…] – 28 iyul 1741[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası) — italyan bəstəkarı, skripkaçı, dirijoru və pedaqoqu. Onun qırmızı saçı səbəbdən Prete Rosso ("Qırmızı Keşiş") ləqəbi ilə tanınmışdır. Ən böyük Qərb bəstəkarlarından biri sayılır, onun həyatı ərzində yaradılmış əsərlər bütün dünya musiqisinin inkişafına təsir edib. Vivaldi əsasən instrumental konsertlərin təşkili ilə tanınır, qırxdan çox operanın müəllifidir. Onun ən məşhur əsəri Dörd fəsil skripka üçün konsertidir. == Həyatı == Antonio Lucio Vivaldi Venesiyada 1678-ci ildə doğulub, o zamanlar Venesiya Respublikasının paytaxtı. O analığı tərəfindən onun evində doğulmasından sonra dərhal xaçlanıldı. Vivaldinin valideynləri Giovanni Battista Vivaldi və Kamilla Calicchio idi, və buda Bragora San Giovanni kilsəsinin registrində qeydə alınmışdır. Ailədə Vivaldidən başqa beş uşaq var idi: Margarita Gabriela, Sesiliya Mariya, Bonaventura Tomaso, Zanetta Anna və Giovanni Battista Francesco Gaetano. Atası peşəkar skripkaçı idi və məhz o Antonionu musiqi aləminə gətirir və ilk müəllimi olur.
Baldır əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bəyazid (Vivaldi)
Bəyazid və ya Tamerlan 1735-ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır. == Rollar == == Simfoniya == Allegro Andante Molto Allegro == Pərdələr == == Ariyaların mənşəyi == Bəyazid operası pastiççiodur. Bu Vivaldinin başqa bəstəkarın əsərindən bir parçanı alaraq öz əsərinə uyğunlaşdırmaqda ilk təcrübəsi idi. Bəstəkar özü müsbət personajlar (Bəyazid, Asteriya və İdaspe) üçün ariyaları yazmış, mənfi personajların (Tamerlan, İrene və Androniko) ariyalarını isə başqa bəstəkarların əsərlərindən götürmüşdür. Ariyaların bəziləri isə Vivaldinin əvvəlki operalarında da işlədilmişdir.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
Mauro Icardi
Mauro İkardi (19 fevral 1993[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Qalatasaray FK klubunun hücumçusu. == Həyatı == İcardi 1993-cü il fevral ayının 19-da doğulmuşdur.
Mauro İkardi
Mauro İkardi (19 fevral 1993[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Qalatasaray FK klubunun hücumçusu. == Həyatı == İcardi 1993-cü il fevral ayının 19-da doğulmuşdur.
İbaxlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İnallı (Nir)
İnallı (fars. ايناللو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (47 ailə).
Vivaldi (brauzer)
Vivaldi (/vɪˈvɑːldi, vəˈv-/) — Tatsuki Tomita və Opera Software şirkətinin həmtəsisçisi və baş direktoru Con Stefenson von Teçner tərəfindən təsis edilmiş Vivaldi Technologies şirkəti tərəfindən hazırlanmış daxili e-poçt proqramı olan açıq mənbəli, çarpaz platforma veb brauzeri. Vivaldi rəsmi olaraq 6 aprel 2016-cı ildə istifadəyə verilib. Əsasən istifadəçilər üçün nəzərdə tutulsa da, o ilk növbədə texniki cəhətdən meylli istifadəçilərə, eləcə də onun Presto layout mühərrikindən Chromium əsaslı brauzerə keçidindən narazı olan keçmiş Opera istifadəçilərinə yönəlib. Bu da onun bir çox fərqli xüsusiyyətlərini itirməsi ilə nəticələnib. Chromium əsaslı olmasına baxmayaraq, Vivaldi öz modifikasiyaları ilə Presto əsaslı Operanın xüsusiyyətlərini canlandırmağı hədəfləyir. 2023-cü ilin aprel ayına olan məlumata görə Vivaldi-nin 2,4 milyondan çox aktiv istifadəçisi var. == Tarixi == Vivaldi 2014-cü ilin martında Opera Software tərəfindən bağlanan My Opera-nı əvəz edən virtual icma veb saytı kimi fəaliyyətə başlayıb. Con Stefenson von Teçner bu qərardan narazı qaldı, çünki o bu icmanın Opera veb brauzerinin nə olduğunu etməyə kömək etdiyinə inanırdı. O daha sonra qeydiyyatdan keçmiş istifadəçiləri müzakirə forumu, bloq xidməti və çoxsaylı digər praktik veb xidmətlər təqdim etməyə yönəlmiş virtual icma olan Vivaldi İcmasını yaratdı. Daha sonra 27 yanvar 2015-ci ildə Vivaldi Technologies Vivaldi veb brauzerinin ilk texniki demo versiyasını təqdim etdi.
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həmdə məşhur Volles xəttinin sərhədində yerləşir.
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Baudi Bakuyev
Baudi Bakuyev (1966 – 10 oktyabr 2000, Şatoy rayonu) — Çeçen İçkeriya Respublikası milli ordusunun briqada generalı, hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı, çeçen hərbi birləşmələrinin ən "barışmaz" səhra komandirlərindən biri, əsir götürülmüş rus əsgərlərinə xarşı xüssusilə amansızlığı ilə seçilən şəxs. Baudi Bakuyev ÇİR Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə və İçkeriyanın Cənub Cəbhəsinə komandanlıq etmişdir. 2000-ci ildə Çeçenistan Respublikasının Şatoy rayonunda öldürülmüşdür. == Bioqrafiya == 1966-cı ildə anadan olmuşdur. Hər iki Çeçenistan müharibəsində iştirak etmişdir. Müharibələr arası dövrdə Valentin Vlasov və Gennadi Şpiqun da daxil olmaqla çox sayda insanın qaçırılmasının fəal təşkilatçısı olur. ÇİR Daxili İşlər Nazirinin müavini vəzifəsini tutur. Bu müddətdə Məkkəyə həcc ziyarətinə gedir. İkinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə, daha sonra Qroznının Staropromıslovski rayonunun müdafiəsinə komandanlıq etmişdir. Fəal döyüşlərin sona çatması ilə Aslan Masxadov ona dağlıq İtum-Kali və Şatoy rayonlarında ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə rəhbərlik etməyi tapşırır.
Baxdı xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Byanka Balti
Byanka Balti (it. Bianca Balti; 19 mart 1984, Lodi, Lombardiya) — məşhur italyan model. == Karyera == Balti ilk dəfə Alexi Lubomirski tərəfindən L'Officiel jurnalının örtüyünə çəkilmişdir. İlk diqqətəlayiq reklam kampaniyası Dolce & Gabbana ilə bağlıdır. Vogue, Harper's Bazaar, W, Cosmopolitan və Marie Claire, habelə kişi Playboy jurnalları daxil olmaqla bir çox moda jurnalının üz qabığında çəkilib. Onun tərəf müqabillərinə Roberto Cavalli, Donna Karan, Christian Dior, D&G, Valentino, Armani Jeans, Missoni, Rolex, Guess?, Paco Rabanne, Anna Molinari, Guerlain, Revlon, La Perla, Cesare Paciotti, Mango və Thierry Mugler daxildir. O, həmçinin Victoria's Secret Fashion Show 2005-də və onların kataloqlarında yer alıb. == Şəxsi Həyatı == Balti Lombardiya əyalətinin Lodi şəhərinddə bir italyan ata Bruno Balti və anası Mariabice Marzani'nin ailəsində dünyaya göz açıb. Balti italyan fotoqraf Kristian Lucidi ilə evlənib və 2007-ci ildə Matilde adlı qızları dünyaya gəlib. Cütlük 2010-cu ildə boşanıb.