İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
İbaxlı | |
---|---|
41°21′32″ şm. e. 46°51′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır.[1]
Kənd Alazan-Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var.
Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 154 təsərrüfatda hər iki cinsdən toplam 594 nəfər əhali yaşamaqdadır. Əhalisi milliyətcə etnik Azərbaycan türkləri olan muğallardan ibarətdir[2]. Gün ərzində İbaxlı kəndinə 3 dəfə marşurut avtobusu işləyir. Kənddə 1 məktəb, 1 klub, 1 kitabxana və 9 mağaza fəaliyyət göstərir.
Kənd əhalisinin əsas məşğuliyyətini tütünçülük, baramaçılıq və taxılçılıq təşkil edir. Bundan başqa əhali qərzəkli meyvələrin və müxtəlif kənd təsərrüfatı məhsullarının da satışı ilə məşğul olur.
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |