Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karabina
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karalina
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir. == Tarixi == Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Kavatina
Kavatina (it. cavatina, it. cavata — "hasil etmək" sözündəndir) — opera və oratoriyada solo lirik pyes. Kavatina XVIII əsrdə sadəliyinə, mahnıvarı melodiyası və kiçik həcminə görə ariyadan fərqlənirdi. XIX əsrin 1-ci yarısında baş qəhrəmanların ilk ariyası kavatina adlanırdı. Bəzən mahnı xarakterli kiçik instrumental pyeslərə də kavatina deyilir. == Mənbə == Каватина // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Anna Karenina
Anna Karenina (roman)
Katajina Buyakeviç
Katajina Buyakeviç (pol. Katarzyna Bujakiewicz; 28 sentyabr 1972, Poznan) — Polşa aktrisası. Fəaliyyətinə 2003-cü ildə "An Ancient Tale: When the Sun Was a God" filmi ilə başlamışdır.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Katarina Beresova
Katarina Beresova (10 oktyabr 1987, Trebişov, Slovakiya) — Slovakiyalı marafonçu. Katarina Beresova Slovakiyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Katarina Beresova həmdə 2015-ci ildə Bakıda baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Katarina Beresova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 11 saniyəyə qət edərək 118 marafonçu sırasında 99-cu yeri tutdu. Katarina Beresova növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 107-ci yeri tutdu.
Katarina Bulatoviç
Katarina Bulatoviç (15 noyabr 1984) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Katarina Lorenso
Katarina Lorenso (isp. Catarina Lorenzo) — Salvadordan olan braziliyalı iqlim fəalı. == Erkən həyat == Katarinanın nənə və babası ətraf mühitin müdafiəsi üzrə fəallar olmuşdur. O, çayları və meşələri qorumaq üçün tətillərdə iştirak edərək böyüyür, həmçinin sörfinqdən həzz alırdı. == Fəaliyyəti == 23 sentyabr 2019-cu ildə o və Qreta Tunberq, Aleksandriya Villasenor, Ayaha Melitafa və Karl Smit də daxil olmaqla digər 15 uşaq hökumətin iqlim böhranı ilə bağlı fəaliyyətsizliyinə etiraz olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edir. Xüsusilə şikayətdə beş ölkənin, yəni Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyənin Paris Sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi iddia edilir. O, bu yaxınlarda beynəlxalq gənclərin ətraf mühit hərəkatı olan Greenkingdoma qoşulub və burada hərəkatın Braziliya bölməsinin koordinatoru kimi işləyir. İndi o, gənclər hərəkatının banisi olan Hindistandan olan 14 yaşlı ekoloq və iqlim dəyişikliyi fəalı Samir Yasin ilə birgə fəaliyyət göstərir.
Katarina Simonoviç
Katarina Simonoviç (25 oktyabr 1994) — Serbiyalı üzgüçü. Katarina Simonoviç Serbiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarina Simonoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:15.57 saniyəlik nəticəsi ilə 23-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Katarina Vitt
Katarina Vitt (alm. Katarina Witt‎; 3 dekabr 1965 və ya 1964, Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır. Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub. Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
Katarina burnu
Katarina burnu — Varoli burnu kimi də tanınan, Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1.5 km şimalda yerləşmişdir. Burun Nevestino buxtasından isə şimal-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun 1820-21-ci illərdə Amerika heyəti ilə Cənubi Şetland adalarına gələn və kapitanı Cozef Henfild olan Katarina gəmisinin adını daşıyır. == Yerləşməsi == Fort Vilyam burnundan 7.24 km şimal-şərqdə, Hammer burnundan 2.08 km şimal-şərqdə, Nevell burnundan 5.27 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Sabatina Ceyms
Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James‎; 1982) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir. == Həyatı == Sabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər. Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir.
Santa-Katarina
Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir. Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlar və italyanların törəmələridir. == Coğrafiya == İqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir.
Kabaena adası
Kabaena — İndoneriyaya daxil olan ada. Sulavesidən cənub-şərqdə yerləşir. Sahəsi — 873 km². Əhalisi (2010) — 26535 nəfər. Kabaena adası Flores dənizinin şimalında, Sulavesidən 19 km cənub-şərqdə qərarlaşır. Uzunluğu 49 km, maksimal eni 28,3 km-dir. Vulkanik mənşəllidir. Daxili hissəsi kifayət qədər hündürdür. Maksimal hündürlüyü 1800 metrdir (Sabanpapula). Adada çoxlu sayda dərin mağaralar vardır.
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Anna Karenina (roman)
Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir. Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır. == Məzmunu == Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı.
Ançieta (Santa-Katarina)
Ançieta (Santa-Katarina) (port. Anchieta) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5572 nəfərdir. Ərazisi 228,580 кm²-dir. Əhalinin sıxlığı 24,4 nəfər/кm²-dir. Bələdiyyə 23 mart 1963-cü ildə yaradılmışdır.
Atalanta (Santa-Katarina)
Atalanta (Santa-Katarina) (port. Atalanta) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3227 nəfərdir. Ərazisi 94,527 кm²-dir. Əhalinin sıxlığı 34,1 nəfər/кm²-dir. Bələdiyyə 27 dekabr 1964-cü ildə yaradılmışdır.
Bandeyranti (Santa-Katarina)
Bandeyranti (port. Bandeirante) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2779 nəfərdir. Ərazisi 146,255 кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Deskansu (Santa-Katarina)
Pinheyro-Pretu (port. Pinheiro Preto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir.
Santa-Katarina adası
Santa-Katarina (port. Ilha de Santa Catarina) — Atlantik okeanda, Braziliyanın cənub-şərq sahilində yerləşən ada. Ada bütünlüklə inzibati cəhətdən Florianopolis şəhərinə daxildir. == Coğrafiya == Sahəsi 523 km² təşkil edir. Santa-Katarina ştatı ərazisinə daxildir. Materiklə iki körpü vastəsi ilə birləşir. Ada ilə materik arasında olan boğaz 500 metr enə, 28 km dərinliyə malikdir. Eyni adlı arxipelaqın ən iri adasıdır. Arxipelaqa 30 ada daxildir. == Tarix == Kaliforniya qızıl xəstəliyi dönəmində Nyu-Yorkdan Kaliforniyaya hərəkət edən gəmilər adada dayanırdılar.