Kabaena adası

Kabaena — İndoneriyaya daxil olan ada. Sulavesidən cənub-şərqdə yerləşir. Sahəsi — 873 km². Əhalisi (2010) — 26535 nəfər.

Kabaena adası
Ümumi məlumatlar
Sahəsi 873 km²
Hündür nöqtəsi 1800 m
Əhalisi 26.535 nəfər
Yerləşməsi
5°15′00″ c. e. 121°55′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriya
Kabaena adası xəritədə
Kabaena adası
Kabaena adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kabaena adası Flores dənizinin şimalında, Sulavesidən 19 km cənub-şərqdə qərarlaşır. Uzunluğu 49 km, maksimal eni 28,3 km-dir. Vulkanik mənşəllidir. Daxili hissəsi kifayət qədər hündürdür. Maksimal hündürlüyü 1800 metrdir (Sabanpapula). Adada çoxlu sayda dərin mağaralar vardır. Sahilləri bəzi hissələrdə sıldırımlıdır. Şimal-qərb və cənub sahillərində riflər vardır.

İqlimi tropikdir. Maydan oktryabra qədər quru mövsümdür.

Kabaena əhalisinin əsas məşğuliyyəti əkinçilikdir. Yerli icra hakimiyyəti adada turizmi dirçəltməyə çalışır.