Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Mira
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Kampo-de-Mirra
Kampo-de-Mirra (isp. Campo de Mirra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 21,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 420 nəfərə çatmışdır.
Atsuhiro Miura
Atsuhiro Miura (d. 24 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 1 qol vurub.
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.
Kazuyoşi Miura
Kazuyoşi Miura (26 fevral 1967, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 89 oyun keçirib, 55 qol vurub. == İstinadlar == == Xarici keçidlər == Dünyanın ən yaşlı futbolçusu – "Kral Kazu" hələ də qol vurur.
Mirna Yukiç
Mirna Yukiç (xorv. Mirna Yukiç) — xorvat əsilli keçmiş Avstriya üzgüçüsü. Dünya çempionatlarında bürünc medallar qazanmışdır. O, keçmiş basketbolçu və atası olan Jelyko Yukiç ilə məşq etmişdir. Avropa və dünyada bir çox uğurlar qazanmışdır. == Ailə == Mirna Yukiç Novi Sad şəhərində (Serbiya) anadan olmuşdur və Xorvatiyanın Vukovar şəhərində böyümüşdür. 1991-ci ilin noyabrında ailəsi ilə birlikdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə köçmüşdür. Atası 1996-cı ildə Mladost idman cəmiyyətində ona məşqlər keçməyə başlamışdır. İlk vaxtlar birlikdə məşq etdiyi qardaşı Dinko Yukiç də beynəlxalq yarışlarda yarışan üzgüçü olmuşdur. 1999-cu ilin payızında ailəsi Vyana şəhərinə köçmüşdür və həmin il Mirna Avstriya vətəndaşlığını qəbul etmişdir.
Mirza Delibaşiç
Mirza Delibaşiç (serb-xorv. Mirza Delibašić / Мирза Делибашић; 9 yanvar 1954, Tuzla — 8 dekabr 2001, Sarayevo) — Yuqoslaviya basktebolçusu, ölkə tarixinin ən yaxşı basketbolçularından biri. Oyun qurucu, hücumçu müdafiəçi və qısa hücumçu mövqeyində oynayırdı. Oynadığı klublar: Sloboda, Bosna və Real Madrid. Yuqoslaviya komandası tərkibində 1975-1977-ci illərdə keçirilən Avropa çempionu, 1978-ci ilin dünya çempionu və 1980 Yay Olimpiya Oyunları çempionu. 2000-ci ildə Bosniya və Herseqovinanın XX əsrdəki ən yaxşı idmançısı seçilmişdir. == Bioqrafiyası == Uşaq ikən Mirza Delibasiç tennislə ciddi məşğul olumuş və yeniyetmələr arasında Bosniya və Herseqovina çempionu olmuşdur. 15 yaşında tennisi basketbolla dəyişdirməyə qərar verir. Onun qərarına iki amil təsir etdi: Tuzlada qapalı tennis kortu yox idi və buna görə də yayda oynamaq və məşq etmək mümkün idi, üstəlik, başqa bir idmançı, yerli siyasətçinin oğlu Mirzanin əvəzinə Çexoslovakiyadakı turnirə göndərilir. Sloboda klubunun təlim-məşq toplanışına ilk dəfə 1968-ci ilin payızında gəlmiş və komandada 4 il oynamışdır.
Mirza Teletoviç
Mirza Teletoviç (serb. Мирза Телетовић; doğ, 17 sentyabr 1985-ci il, Mostar, Bosniya və Herseqovina Sosialist Respublikası, YSFR) — Bosniyalı peşəkar basketbolçu, Bosniya və Herseqovina, Belçika, İspaniya, NBA çempionatlarının oyunçusu. Uzun hücumçu mövqeyində oynamış. == Bioqrafiyası == Peşəkar səviyyədə Teletoviç Sloboda Tuzla komandasında 2002/03-cü il mövsümündə debüt etdi. İlk mövsümdə hər oyuna orta hesabla 7,2 xal toplayaraq 2,7 ribaund etdi. İkinci mövsümdə göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşdı. Mirza 26.4 xal və 6.6 ribaund nəticəni göstərdi (liqada 17 matç üçün). 2004-cü ildə Belçika çempionatına keçdi. Burada iki mövsüm Ostende komandasında oynadı. Həm də Avropanın ikinci ən vacib klub yarışmasında - ULEB Eurocupda oynadı.
Mirça Eliadi
Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo, İllinoys) — din tarixçisi və filosof. Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.
Mirça Rednik
Mirça Rednik rum. Mircea Rednic — Rumıniyalı futbol mütəxəssisi == Həyatı == Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hunedoara bölgəsində anadan olub. == Futbolçu karyerası == 21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub. == Məşqçilik karyerası == Məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. == Həyatı == Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır. Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.
Miura Kinnosuke
Miura Kinnosuke (三浦謹之助, 21 mart 1864, Mutsu əyaləti[d], Tosando[d] – 11 oktyabr 1950) – Yaponiya internoloqu. Yaponiyada neyrodaxili tibbin qurucusudur. == Həyatı == Miura Kinnosuke 1864-cü ildə Yaponiyanın Mutsu əyalətində doğulmuşdur. 1887-ci ildə Tokio Universitetindən məzun olmuş, 2 il Tokioda alman internoloq Ervin Belzdən dərslər almışdır. 1889-cu ildə Şahzadə Arisuqavanın şəxsi həkimi kimi Avropaya səyahət etmək şansı qazanmışdır. 1889–90-cı illərdə Parisdə yaşamışdır. Şahzadə Arisuqava ilə işi bitdikdən sonra 1891–1892-ci illərdə Parisdə yerləşən Salpetrier xəstəxanasında Jan-Martin Şarkonun klinikasında işləmiş və onun tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Miura Honşunun şimal-qərbində yayılmış Jerlye xəstəliyi və Ascaris ovis adlı bağırsaq paraziti növü haqqında araşdırmalar aparmışdır. O, Yaponiya Daxili Tibb Cəmiyyətinin və Yaponiya Neyrologiya Cəmiyyətinin yaradılmasında vacib rol oynamışdır.
Miura yarımadası
Miura yarımadası (yap. 三浦半島) — Yaponiyanın Kanaqava prefekturası ərazisində yerləşir. Tokio və İokoqama şəhərlərindən cənubda qərar tutur. Tokio və Saqami körfəzlərini ayırır. Yarımadada Yokosuka, Miura, Hayama, Dzusi və Kamakura şəhərləri vardır. Yarımada turisləri özünə cəlb edir. Şərqində ABŞ hərbi-dəniz bazası yerləşir. Hansı ki, Yaponiya özünü müdafiə qüvvələri təmərküzləşmişdir.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Qenta Miura
Qenta Miura (1 mart 1995, Toyohaşi, Ayçi prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yasutoşi Miura
Yasutoşi Miura (d. 15 iyul 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kentaro Miura
Kentaro Miura (三浦 建太郎, Miura Kentarō, 11 iyul 1966[…], Çiba – 6 may 2021[…]) — Yaponiya manqakası. O, daha çox məşhur "Berserk" adlı qaranlıq fantaziya seriyası ilə tanınırdı. Bu, 1989-cu ildə seriallaşdırılmağa başlamış və onun ölümünə qədər davam etmişdir. 2021-ci ilə qədər "Berserk"in tirajı 50 milyon kopyadan çox idi və bu, onu bütün zamanların ən çox satılan manqa seriyalarından birinə çevirmişdir. Miura 2002-ci ildə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür. == Erkən illəri == Kentaro Miura 11 iyul 1966-cı ildə Yaponiyanın Çiba prefekturasının Çiba şəhərində anadan olub. O, 1976-cı ildə, 10 yaşında "Miuranger" adlı ilk manqasını yaratmışdır. Bu, Miuranın sinif yoldaşları üçün məktəb nəşrində dərc edilmişdir və nəticədə 40 cilddən ibarət olmuşdur. 1977-ci ildə Miura Ken e no Miçi (剣への道, Ken e no Michi, azərb. Qılıncın yolu‎) adında ikinci manqası yaratmışdır.
Mirça Snequr
Mirça İvanoviç Snequr (mold. Mircea Snegur; 17 yanvar 1940, Trifaneştı[d], Rumıniya Krallığı[d] – 13 sentyabr 2023, Kişinyov) — Sovet, Moldova dövlət və siyasi xadimi, 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldova Respublikasının 1-ci Prezidenti. Bundan əvvəl o, 1989–1990-cı illərdə Ali Sovetin Rəyasət Heyətinin sədri, 1990-cı il aprelin 27-dən sentyabrın 3-dək Ali Sovetin sədri vəzifələrində çalışıb. == Həyatı == Mirça Snequr 1956-cı ildə Florşetski rayonunun Frumuşika kəndində orta məktəbi bitirmişdir. 1961-ci ildə Kişinyov Kənd Təsərrüfatı İnstitutunu aqronom ixtisası üzrə bitirmişdir. 1961–1968-ci illərdə Floresti rayonunun Lunqa kəndində aqronom, kolxoz sədri işləyib, sonra MSSR Kənd Təsərrüfatı Nazirliyində də çalışıb. 1981-ci ildə Sov. İKP Edinet rayon komitəsinin birinci katibi olub. İşğal olunmuş Bessarabiya ərazisində Sovet Rusiyasına birləşmək üçün rumınlara qarşı mübarizə dayanmadı. 1985-ci ildən MSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç) — Serbiya voleybolçusu.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.