Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. == Heykəllər haqqında == Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
OSI
OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. == OSI modelində səviyyələr == OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Fiziki səviyyə (Physical layer) Kanal səviyyəsi (Data Link) Şəbəkə səviyyəsi (Network layer) Nəqliyyat səviyyəsi (Transport layer) Seans səviyyəsi (Session layer) Təqdimetmə səviyyəsi (Prezentation layer) Tətbiqi səviyyə (Application Layer) Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
Auqusto Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. == Həyatı == Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. == Fəaliyyəti == Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Hüseyn Muşi
Hüseyn Muşi və ya Dengbêj Huseyno (1936) - kürd müğənni. == Həyatı == Hüseyn Muşi 1936-cı ildə Muşun Orginos kəndində anadan olmuş kürd müğənnisidir. Onların mənşəyi Sasondandır, lakin sonralar Mauba kəndində məskunlaşıblar. Atasının adı Şakir Nimət, anasının adı Hüsniyədir. Məktəbdə oxuyub. O Mauba kəndindən Orginos kəndinə köçüb və orada muxtar şəxs olub. Ona görə də ona Hüseyn Orqinosi deyirdilər. O, evli idi. Doqquz övladı var. 2001-ci il aprelin 8-də vəfat edib.
Kandida Moss
Kandida R. Moss (ing. Candida R. Moss; 26 noyabr 1978, London) — İngiltərə akademiki və jurnalist. O, Əhdi-Cədid alimi və xristianlıq üzrə ixtisaslaşmışdır. Birmingem Universitetinin İlahiyyat və Din fakültəsində ilahiyyat üzrə professordur. Oksford və Yel universitetlərinin məzunu olan Moss erkən xristianlıqda əzabkeşliyin tədqiqi üzrə ixtisaslaşmışdır. == Seçilmiş əsərləri == === Tezis === Moss, Candida. Gods, Lords and Kings: the characterization of the martyrs in the early Christian Acta Martyrum (PhD). Yale University. 2008. OCLC 272271965.
Koşi kriteriyası
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Koşi tənliyi
Koşi ötürmə tənliyi Optikada müəyyən bir şəffaf material üçün işığın sınma indeksi və dalğa uzunluğu arasında empirik əlaqə . Adını 1837-ci ildə təyin edən riyaziyyatçı Oqüsten Koşinin şərəfinə almışdır. == Tənlik == Koşi tənliyinin ən ümumi forması n ( λ ) = A + B λ 2 + C λ 4 + ⋯ , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}}+{\frac {C}{\lambda ^{4}}}+\cdots ,} burada n sınma əmsalıdır, λ dalğa uzunluğu, A, B, C və s., tənliyi məlum dalğa uzunluqlarında ölçülmüş sındırma göstəricilərinə uyğunlaşdırmaqla material üçün müəyyən edilə bilən əmsallardır . Əmsallar adətən mikrometrlərdə vakuum dalğa uzunluğu (materialın daxilində olan λ/n kimi deyil) kimi λ üçün göstərilir. Adətən, tənliyin ilk iki həddindən istifadə etmək kifayətdir: n ( λ ) = A + B λ 2 , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}},} burada A və B əmsalları tənliyin bu forması üçün xüsusi olaraq təyin edilir. Ümumi optik materiallar üçün əmsallar cədvəli aşağıda göstərilmişdir: işıq-maddə qarşılıqlı əlaqəni əsaslandıran Koşinin bu tənliyi sonradan yanlış olduğu məlum oldu. Xüsusilə, tənlik yalnız görünən dalğa uzunluğu bölgəsində normal dispersiya bölgələri üçün keçərlidir. İnfraqırmızı dalğalarda tənlik qeyri-dəqiq olur və anomal dispersiya bölgələrini təmsil edə bilmir. Buna baxmayaraq, onun riyazi sadəliyi onu bəzi tətbiqlərdə faydalı edir. Zelmeyer tənliyi anomal dispersiv bölgələri əhatə edən və ultrabənövşəyi, görünən(400-700 nm dalğa uzunluqlu şüalar) və infraqırmızı spektrdə materialın sındırma indeksini daha dəqiq modelləşdirən Koşinin çalışmasının genişləndirilmiş formasıdır.
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. == Mənası == Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. == İslamda == İslam Peyğəmbərinin zamanından “ölümün xatırlanması” İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Moli soğanı
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Moni Mark
Moni Mark — Belçika müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı "Le plus beau jour de ma vie" mahnısı ilə təmsil etmişdir.
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. == Həyat və karyera == Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. == Ölüm == Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Mori Motonari
Mori Motonari (yaponca 毛利 元就, 1497-1571) — Senqoku Dziday dönəmində Yaponiyanın Tüqoku bölgəsinin daymyösü. Aki vilayətinin (müasir Xirosima prefekturasının) hakimi olmuşdur. == Həyatı == Mori Motonari 16 aprel 1497-ci ildə Aki vilayətinin Yosida şəhərinin Koriyama qəsrində doğulmuşdur. Mori klanının 14-cü başçısı Mori Xiromotonun ikinci oğlu idi. 1500-cü ildə atası ildə atası ilə birlikdə atası ilə Tadzixi-Saruqake qəsrinə köçmüşdür. 1517-ci ildə onun başçılıq etdiyi ordu Arita-Nakaide döyüşündə Takeda Motosiqenin qoşununu məğlub etmişdir. == Maraqlı faktlar == Mori Motonari məşhur yapon rejissoru Akiro Kurosavanın "Ran" filminin əsas qəhrəmanının prototipidir.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. == Həyatı == Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. == Həyatı == Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. == Haqqında == Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Riu-Dosi
Riu-Dosi (port. Rio Doce) — Cənubi Amerika ərazisindən axan çay. Braziliyanın cənub-şərqində yerləşir. Çayın uzunluğu 853 km, hövzəsinin sahəsi 83400 km² təşkil edir. Qərbdən şərqə axır. Piranqa və Karmu çaylarının birləşməsindən əmələ gəlir. Atlantik okeana tökülür. Gursululuq dövrü oktyabrdan aprel-maya qədərdir. == Samarco mədənində qəza == 5 noyabr 2015-ci ildə Samaro dağ-mədənində bəndin partlayışı baş verir. Nəticədə 11 nəfər həlak olmuşdur.
Rodriqo Tosi
Rodriqo Tosi (6 yanvar 1983, Kuritiba) — Braziliya əsilli İtaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Tosi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Yunanıstanın İraklis və İsveçrənin FC LS klublarında oynamışdır.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Takaci Mori
Takaci Mori (24 noyabr 1943 - 17 iyul 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 56 oyun keçirib, 2 qol vurub.