Hanae Mori

Hanae Mori (森 英恵?, 8 yanvar 1926[1][2]11 avqust 2022[3], Tokio)Yaponiya dəb dizayneri. Kolleksiyalarını ParisNyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib.[6] 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib.

Hanae Mori
yap. 森英恵
1974-cü ildə.
1974-cü ildə.
Doğum tarixi 8 yanvar 1926(1926-01-08)[1][2]
Vəfat tarixi 11 avqust 2022(2022-08-11)[3] (96 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qocalıq[d][5]
Uşağı 2
Təhsili Tokio Qadın Xristian Universiteti
Fəaliyyəti dəb dizayneri, biznes ledi
Fəaliyyət illəri 1951–2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur.[7] Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur.[7] 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır[8][9] və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir.[10] 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır.

Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.[11] İkinci uniforma miniyupkası ilə sensasiya yaratmış və 1970–77-ci illərdə istifadə olunmuşdur.[12] Üçüncü uniforma isə 1977–88-ci illərdə işçilər tərəfindən geyinilmişdir.[13] 1989–96-cı illərdə Dominik Siropu dizayner kimi işə almışdır və o, 1997-ci ildə böyük kuturye olmuşdur. 1992-ci ildə Barselona Olimpiya Oyunlarına və 1994-cü ildə Lillehammer Olimpiya Oyunlarına yollanan Yaponiya nümayəndəlikləri üçün kostyum dizayn etmişdir.[14] 1993-cü ildə Yaponiya şahzadəsi Masakonun toyu üçün qolsuz ağ paltar təqdim etmişdir.[15] Mori Masako, Hillari Klinton, Nensi ReyqanQreys Kelli kimi siyasətçilər üçün işləmişdir.[16]

Şirkəti maddi problemlər yaşadığı üçün 2002-ci ilin yanvarında əməliyyatlarını Yaponiyanın "Mitsui & Co." və Britaniyanın "Rothschild" şirkətlərinə satmışdır.[17][18] 2004-cü ildə isə təqaüdünü açıqlamış və 2004-cü ilin payızında Parisdəki moda evini bağlayacağını bildirmişdir. Son moda sərgisi həmin ilin iyulunda baş tutmuşdur.[19]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə parça biznesmeni Ken Mori ilə tanış olmuş və daha sonra evlənmişdir.[20] Ken 16 oktyabr 1996-cı ildə ölmüşdür.[8] Cütlüyün Akira və Kei adlı iki oğlu olmuşdur. İkisi də Morinin biznesinə kömək etmişdirlər.

  1. 1 2 (Yoshika 1926) // NMVW-collection website.
  2. 1 2 Hanae Mori // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. 1 2 Hanae Mori, Japanese designer for films, empress, dies at 96 (ing.).
  4. https://archive.ph/KbxBo#0%.
  5. https://web.archive.org/web/20220817170731/https://www.yomiuri.co.jp/culture/20220818-OYT1T50034/.
  6. "Hanae Mori Haute Couture: Hanae Mori — The Work and Style". The Japan Times. 18 April 2015. İstifadə tarixi: 30 June 2015.
  7. 1 2 "Hanae Mori". Tokyo Fashion Week (ingilis). 5 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2019.
  8. 1 2 "Ken Mori, Chief of Hanae Mori, Dead at 84". WWD (ingilis). 1996-10-22. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  9. Miyachi, Izumi. "From miniskirt to mass consumption". The Nation (ingilis). 2015-01-14. 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  10. William D. Hoover. Historical Dictionary of Postwar Japan. Scarecrow Press. 18 March 2011. 189–190. ISBN 978-0-8108-5460-4. 11 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2021.
  11. "History of JAL Uniforms - Fourth Generation Uniform (1967-1970)". Japan Airlines. 15 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  12. "History of JAL Uniforms - Fifth Generation Uniform (1970-1977)". Japan Airlines. 15 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  13. "History of JAL Uniforms - Sixth Generation Uniform (1977-1988)". Japan Airlines. 14 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  14. Federau, Cherie. "Designer Spotlight: Hanae Mori". Shrimpton Couture. 31 March 2016. 27 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  15. Sanz, Cynthia. "The Princess Bride". People (ingilis). 21 June 1993. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  16. "Hanae Mori – Vintage Couture". www.vintagecouture.com. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  17. "Hanae Mori". FMD. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  18. "Hanae Mori to sell part of operations". The Japan Times Online (ingilis). 29 December 2001. ISSN 0447-5763. 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2019.
  19. "Hanae Mori shows her final collection in Paris". The Japan Times Online (ingilis). 9 July 2004. ISSN 0447-5763. 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
  20. Evans, David. Women in Business. England: Pearson Education. 2002. ISBN 9780582453272.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]