Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bikaner
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər. == Əhalisi == Əhalisi 576 min (2005). == Coğrafiyası == Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı. == Tarixi == 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur. == Memarlığı == Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir. == Sənayesi == Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s.
Miyanə
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Pikaçu
Pikaçu (ピカチュウ, Pikachū); ing. Pikachu) — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Ken Suqimori və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür. Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir. == Konsepti və dizaynı == Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış "Pokemon" seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı. Seriyanın personajları — pokemonlar digər məşqçilər tərəfindən tutula bilir, öyrədilir, oyun dünyasında onlarla səyahət edir və digər məşqçilərə qarşı mübarizə aparır. Pikaçu Game Freak-in Pokemon yaradıcılıq komandası tərəfindən yaradılmışdır və rəssam Ken Suqimori tərəfindən tamamlanmışdır.
Pinanq
Pinanq — Malakka boğazı ilə Malayziya yarımadasının şimal-qərb sahillərində yerləşən Malayziya ştatıdır. Pinanq ştatı cənubdan Perak, şimal və şərqdən Kedah ştatı ilə həmsərhəddir. Ştat Pinanq adasından və Malay yarımadasında yerləşən Seberanq Perai daxili rayonu olmaqla iki hissədən ibarətdir. Yüksək urbanizasiya və sənayeləşməyə görə Pinanq ölkənin ən çox inkişaf etmiş və iqtisadi cəhətdən vacib ştatlarından biri sayılır. Pinanq həmçinin ölkənin əsas turizm bölgəsidir. Pinanq Selanqor ştatı və Kuala-Lumpur federal ərazisindən sonra Malayziyada üçüncü ən yüksək İnsan İnkişafı İndeksinə malikdir. Ştatın heterogen əhalisi etnik mənsubiyyətinə, mədəniyyətinə, dilinə və dininə görə rəngarəngdir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Piano
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Piano iki formada mövcuddur: Royal Piano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Ababin (Miyanə)
Ababin (fars. ابابين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (29 ailə). == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Kağızkonan qəsəbəsindən 21 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 19 kilometrliyindədir.
Alancarıq (Miyanə)
Alancarıq (fars. النجارق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (82 ailə).
Alateymur (Miyanə)
Alateymur — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən cənubda, Miyanə-Təbriz avtomobil yolunun 8 kilometrliyindədir.
Allahdad (Miyanə)
Allahdad (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (19 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 31 km cənub-qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Aqıl (Miyanə)
Aqıl (fars. عاقل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 35 km cənub-qərbdədir.
Arbat (Miyanə)
Arbat (fars. ارباط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,744 nəfər yaşayır (417 ailə).
Armudəq (Miyanə)
Armudəq (fars. ارموداق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 943 nəfər yaşayır (204 ailə).
Astancin (Miyanə)
Astancin (fars. استانجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur.
Açaçı (Miyanə)
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi. Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı adının Türkcə qaynağı vardır Açmaq felinidən alınıb. İki çay bir-birinə qovuşaraq Y şəkilini yaradıb ki bu şəhər çayların arasında dır. Y şəkinə əski Türk dilində Haça ya Aça deyirdilər və bu üzdən çı şəkilçisi aça sözünə yapışaraq Açaçı adını yaratmışdır.
Ağcaqışlaq (Miyanə)
Ağcaqışlaq (fars. اغ قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (7 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 12 km cənubda, Təbriz-Miyanə avtomobil yolunun 3 kilometrliyindədir.
Ağdirək (Miyanə)
Ağdirək — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 30 km cənub-qərbdə, Miyanə-Təbriz avtomobil yolunun üstündədir.
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Ağçadərbənd (Miyanə)
Ağçadərbənd (fars. اغچه دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Miyanə şəhərindən 18 km qərbdə, Bostanabad qəsəbəsinə gedən köhnə yolun üstündədir.
Bağdərəsi (Miyanə)
Bağdərəsi (fars. باغ دره سي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 47 nəfər yaşayır (10 ailə).