Astancin (Miyanə)

Astancin (fars. استانجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.

Astancin
37°15′06″ şm. e. 48°14′36″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Astancin xəritədə
Astancin
Astancin
Dağlar qoynunda yerləşən Astancin

Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir.[2]

Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər[3] yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar.

Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.[4]

Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur. Bu kəndin əkinçilik məhsulları əsasən buğda və mərciməkdir. Bağlarında, bir çox qoz və tut ağaclarından başqa alma, armud, albalı, yemişan, üzüm, gavalı, əncir, giləmeyvə və üzüm kimi müxtəlif dadlı meyvələrə də rast gəlmək olar. Bu kəndin əhalisi süd məhsullarını saxaladıqları inək və qoyunlarla təmin edir. Son illərdə bu kənddə turistləri qəbul etmək üçün çox uyğun imkanlar yaradılıb.[4]

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. İsveçcə Vikipediya
  3. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
  4. 1 2 "Astancin kəndi haqqında". 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.