Bikaner

BikanerHindistanın şimal qərbində, Racəstan ştatında şəhər.[1]

şəhər
Bikaner
ing. Bikaner
28°01′05″ şm. e. 73°19′01″ ş. u.
Ölkə  Hindistan
Tabesində Racəstan
Region Bikaner
Tarixi və coğrafiyası
Sahəsi 155 km²
Mərkəzin hündürlüyü 242 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1,500,000 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 151
Poçt indeksi 334001
Nəqliyyat kodu RJ-07
Digər
bikaner.rajasthan.gov.in/content/raj/bikaner/en/home.html
Xəritəni göstər/gizlə
Bikaner xəritədə
Bikaner
Bikaner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 576 min (2005).[1]

Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı.[1]

1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur.[1]

Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (158893, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir.[1]

Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşədulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s. hazırlanır. Bədii sənətkarlıq (fil sümüyündən məmulatlar) inkişaf etmişdir. Yaxınlığında fosforitlər, asbest, gips, beril, mika, kaolin, çöl şpatı hasil olunur.[1]

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 30. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]