Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Desibel
Desibel (en. decibel), (ru. децибел), (tr. desibel) — səs gurluğunun ölçü vahidi. Belin 0,1 hissəsidir: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in (Alexander Graham Bell) şərəfinə adlandırılıb. Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum (etalon) səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: dB = n log (x/r), burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur.
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Hersşprunq-Ressel
Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi. Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5–13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; 25 fevral 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati (Fransızca tələffüz: [ʁaʃida dati]; 27 noyabr 1965[…], Sen-Remi[d], Sona və Luara, Fransa) — 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçi. Fransa hökumətindəki ilk ərəb qadındır. O, Respublikaçıların (LR) üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə təyin etdi. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə gətirib. 2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Retel (rayon)
Retel (fr. Rethel) — Fransanın Şampan-Ardenn regionunun rayonlarından biri. Departament — Ardenlər. Suprefektura — Retel. Rayon əhalisi 2006-cı ildə 35 152 təşkil edirdi. Əhalinin sıxlığı — 29 nəf./km². Sahəsi — 1200 km².
Reşit Gürzap
Reşit Gürzap(23 aprel 1912, Konstantinopol – 9 iyul 1990 və ya 8 iyul 1990, İstanbul)-Türk aktyor və səs aktyoru. == Həyatı və karyerası == O, 1912-ci il aprelin 23-də Kadıköy Cevizlikdeki Şifa küçəsindəki evində Vanlı Rəşit Paşazadə Akif bəy və Tunisli Aliye Xanımın övladı olaraq dünyaya gəlib. O, teatr aktyorlarının və yazıçıların getdiyi ailədə böyüyüb. Kadıköy orta məktəbi və liseydən sonra Ali Dəniz Ticarət Məktəbində oxuyub. İlk teatr işinə həvəskar kimi başlayıb. 1928-ci ildə girdiyi Kadıköy Süreyya Operettasında bir müddət çalışdı. 1934-cü ildə İstanbul Şəhər Teatrına daxil olur. İlk oyununu "Deli Dolu" operettasında "David" rolu ilə oynayıb. O, uzun illər Şəhər Operettasında "Lüküs Həyat", "Saz Caz", "Leblebici Horhor", "Sən Dul", "Yarasa" operettalarında iştirak edib. O, yerli və xarici komediyalarda oynadığı rollarla uğur və şöhrət qazanıb.
Ər-Rəstən döyüşü (may 2012)
Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular. Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur. == Zəmin == Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir. Onun paytaxt Dəməşqi ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir. == Döyüş == Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər.