Desibel (en. decibel), (ru. децибел), (tr. desibel) — səs gurluğunun ölçü vahidi. Belin 0,1 hissəsidir: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in (Alexander Graham Bell) şərəfinə adlandırılıb.
Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum (etalon) səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur:
dB = n log (x/r),
burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur. 80 (dB) insan üçün yolverilən həddir.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |