Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
RGB
RGB (abbreviatura İngilis sözləri Red, Green, Blue – qırmızı, yaşıl, göy) — Rənglərin Aşqar modeli, bir qayda olaraq, rənglərin bir-birinə sintez olunmasıdır. Addittiv ona görə adlanır ki, əsas rənglərin qara rəngə əlavə olunması ilə rənglər alınır. == Konsepsiyanın yaranma tarixi == İlk dəfə 1756-cı ildə rus alimi Mixail Lomonosov fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. == Qısa məlumat == Təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur. Görmə zamanı rənglərin müxtəlifliyinin hiss edilməsini insanın əsəb sistemində 3 tip oyanışın kombinasiyalarının müxtəlifliyi ilə izah etmək olar.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
İrb
𐔼 (səslənməsi: /i/; transkripsiyası: I, i) — Alban əlifbasının 13-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Իր́բ (Írb) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı hardasa doğrudur. Çünki hərf adındakı diakritik işarə ermənicə tələffüzdən kənara çıxır. Bu, udlaqlaşmış artikulyasiyanı göstərə bilər, lakin nəticədə yaranan forma (*iˤrb) fonotaktik olaraq yüksək olacaq, çünki bu tip samit çoxluğu ilə bitən əsl alban sözləri yoxdur. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərfin prototipi ermənicə Ի hərfi olub. Fonetik olaraq Azərbaycan dilindəki İ hərfi ilə eyni səsi bildirir. Rəqəm dəyəri 40-dır. Müstəqil istifadə zamanı həm çinin "və" mənasını da verir.
Tib
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Rob
Rob — ad. Rob Burdon — Linkin Parkın zərb alətçisi. Rob Qonsalves — Kanadalı rəssam. Rob Elder — Ficili oxatan.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Adrienna Riç
Adrienna Riç (ing. Adrienne Cecile Rich; 16 may 1929[…], Baltimor, Merilend[…] – 27 mart 2012[…], Santa-Kruz[d], Kaliforniya) — Amerikalı şairə, publisist, feminizmin ikinci dalğasının nümayəndəsi. == Bioqrafiyası == Anası — pianoçu və bəstəkar, metodistlərə aid idi, atası bioloq və yəhudi əsilli həkim idi. Kembricdəki Radkliff Kollecini bitirib. O, 1951-ci ildə Hyu Oden şəxsi seçimi ilə Gənc Şairlər üçün Yel Mükafatını alan "Dünyanın Dəyişməsi" (ing. A Change of World) adlı şeirlər kitabı ilə debüt etdi (Oden kolleksiyanı ön sözlə müşayiət etdi). 1966-cı ildən əri və üç oğlu ilə Nyu-Yorkda yaşayırdı. O, yeni solçular ilə yaxınlaşdı, müharibə əleyhinə nümayişlərdə, vətəndaş hüquqları hərəkatında iştirak etdi. O, 1960-cı illərin sonunda ərindən boşanıb. 1976-cı ildən o, həyatını Yamayka əsilli yazıçı Mişel Klifflə (1946-cı il təvəllüdlü) bölüşür.
Bəndər Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Cib fənəri
Cib fənəri — əllə saxlanılan portativ elektrik işıq mənbəyidir. Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır. Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Ferdinand Ris
Ferdinand Ris (d. 28.11.1784, Bonn, Almaniya - ö. 13.1.1838, Frankfurt-Mayn, Almaniya) — alman bəstəkarı və pianoçusu. Frans Antonin Risin böyük oğlu.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kristofer Riv
Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru. == Həyatı == Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır. Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var. Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur. == Haqqında == Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir. 1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Rio-Kuarto
Río Cuarto — Argentina şəhəri. Ərazisi 64,25 km².
Rio-Qrande
Rio Qrande (film, 1950)
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
ВИНИПОЛ BБ-2 aşqarı
VİNİPOL VB-2 (rus. ВИНИПОЛ BБ-2) aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir. == Xassələri == aşqarı eynicinsli, şəffaf, rəngi - açıq sarı rəngdən sarı rəngə çalır. VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil. == Alınması == Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000-12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır. == Tətbiqi == VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.