Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut)[1].
Kommand-Ric | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 71 m |
Nisbi hündürlüyü | 65 m |
Yerləşməsi | |
0°31′50″ c. e. 166°55′00″ ş. u.HGYO | |
Ölkə | Nauru |
|
Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır.
Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir.
İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır. «Nauru Tarix muzeyi» direktorunun fikirinə görə bu istehkamlar böyük turistik əhəmiyyət daşıyır.
Zirvəyə çıxmaqla cırtdan ölkənin hər bir nöqtəsini görmək mümkündür.
Yerli əhali adanı Yanor olaraq (Janor) adlandırır.