Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Taus Baqurayev
Taus Baqurayev (17 noyabr 1964, Mekanskaya, Çeçen-İnquş MSSR – mart 2000) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Naurski rayonunun rəhbəri (1998-ci il oktyabrın sonundan). ÇİR Silahlı Qüvvələrinin "Borz" xüsusi təyinatlı batalyonunun komandiri, ÇİR Silahlı Qüvvələrinin Milli Qvardiyasının Naur batalyonunun komandiri. Çeçen İçkeriya Respublikasının "Millət Şərəfi" ordeninin şövalyeri. == Bioqrafiyası == Taus Baqurayev 17 noyabr 1964-cü ildə (digər məlumatlara görə, 1965-ci ildə) Çeçen-İnquş MSSR-in Naurski rayonunun Mekenskaya kəndində anadan olmuşdur. Birinci Çeçenistan müharibəsinin əvvəlindən İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsinə qədər Çeçenistan ərazisindəki döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. O, briqada generalı rütbəsinə qədər yüksəlir. Taus Baqurayev, özünü vətənpərvər hesab edirdi. Çeçenistanın müstəqilliyinin qatı tərəfdarı idi və Rusiyaya qarşı barışmmaz mövqe sərgiləyirdi. ÇİR prezidenti Cövhər Dudayevin etimadından bəhrələnir. O, Şamil Basayevin tərəfdarı olur, onda qəhrəman və güclü insan siması görürdü.
Liz Trus
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford, Birləşmiş Krallıq) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Mahmud Əfşar Tus
Mahmud Əfşar Tus — Azərbaycan əsilli İranlı general və baş nazir Məhəmməd Musəddiq hökuməti zamanı polis rəisi. O Müsəddiq əlehidarları olan və MI6 kəşfiyyatçıları tərəfindən idarə olunan qrup tərəfindən oğurlanaraq, qətl edilibdir. Hesab olunur ki, Mahmud Əfşarın öldürülməsi 1953-cü ildə baş vermiş dövlət çevrilişinə cəhd üçün şərait yaradıb. == Həyatı == Atası Həsən xan Əfşar Tus (Şiblüssəltənə), Əmir İsa xhan Vəli Ehtişamüddövlənin altıncı oğlu və Əmir Məhəmməd Qasım xan Qovanlı Qacarın nəvəsi idi. Mahmud Əfşar Tusun anası Fatimə Soltan xanım kürd əsilli idi. Onun atası Ağa Mirzə Zaman Xan Kürdəstani əslən Zərrin tayfasından, olub, Nəsirəddin şah Qacar dönəmində Şah mühafizəçilərinin rəisi təyin edilib, Şahin bacısı qızı Pəri Sultan xanımla evlənmişdir. Mahmud Əfşar Tus 1907-ci ildə Tehranda doğulub. O zabitlər akademiyasının məzunu olub. Eyni zamanda, Mahmud Əfşar Tus Şah Rza Pəhləvinin üçüncü arvadı Qəmər-əl-Mülükün də qohumudur.
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir. Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Maus
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır == Adlandırma == Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Rhus
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Suus
"Suus" (azərb. Özünün, Şəxsi‎) — Kosovo-Alban ifaçı və bəstəkarı Rona Nişliu səsləndirməsində alban dilli folklor ballada. Mahnı musiqi mütəxəssisləri və tənqidçiləri tərəfindən müsbət rəylər alaraq, Avroviziya Mahnı Müsabiqəsinin "Həqiqi qalibləri" siyahısına daxil edilmişdir. == Mahnı == Böyük musiqiçi kütləsi tərəfindən müsbət müzakirələrə hədəf olaraq "Şah əsər" adlandırılan "Suus" hüznlü sülh əsərinin sözləri Rona Nişliu, bəstəsi isə Florent Boşnyakuya məxsusdur. Mahnının mövzusu 1999-cu ildə baş verən dəhşətli Kosova müharibəsi və bu çətin günlərdə ifaçının məruz qaldığı həqiqi acıları əks etdirir. O, sözügedən böhranlı anlarda doğma vətəni Mitrovitsanı tərk etmək məcburiyyətində qalmışdır. Mahnının sözlərində yer alan "Bu dünyada artıq mərhəmət yoxdur, hətta zamanın belə bizə ayıracaq "Zamanı" qalmayıb. Dünənlərin heç bir əhəmiyyəti yoxdur, çünki dünən mövcud ola bilməyənlər onsuzda təlatümlü dənizlərdə məhv oldular. Sabahlar da heç bir ümid gətirməyəcək. Mənə ağlamağı öyrədin!
TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Tamus
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Tavuş
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. == Etimologiyası == 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Taxus
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir. Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Tess
Tess — ad. Tess Oliveyra — Braziliyanı təmsil edən su poloçusu. Tess Haubriç — Avstraliya aktrisası və fotomodeli.