Taus Baqurayev (17 noyabr 1964, Mekanskaya, Çeçen-İnquş MSSR – mart 2000) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Naurski rayonunun rəhbəri (1998-ci il oktyabrın sonundan). ÇİR Silahlı Qüvvələrinin "Borz" xüsusi təyinatlı batalyonunun komandiri, ÇİR Silahlı Qüvvələrinin Milli Qvardiyasının Naur batalyonunun komandiri. Çeçen İçkeriya Respublikasının "Millət Şərəfi" ordeninin şövalyeri.
Taus Baqurayev | |
---|---|
çeç. Багурин Сирдикъан воI ТIавус | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1964 |
Doğum yeri | |
Vəfat tarixi | mart 2000 (35 yaşında) |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor, briqada generalı |
Döyüşlər |
Taus Baqurayev 17 noyabr 1964-cü ildə (digər məlumatlara görə, 1965-ci ildə) Çeçen-İnquş MSSR-in Naurski rayonunun Mekenskaya kəndində anadan olmuşdur[1].
Birinci Çeçenistan müharibəsinin əvvəlindən İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsinə qədər Çeçenistan ərazisindəki döyüş əməliyyatlarının iştirakçısı olmuşdur[1][2][3][4][5][6][7]. O, briqada generalı rütbəsinə qədər yüksəlir[8][9][3][10][11].
Taus Baqurayev, özünü vətənpərvər hesab edirdi. Çeçenistanın müstəqilliyinin qatı tərəfdarı idi və Rusiyaya qarşı barışmmaz mövqe sərgiləyirdi. ÇİR prezidenti Cövhər Dudayevin etimadından bəhrələnir. O, Şamil Basayevin tərəfdarı olur, onda qəhrəman və güclü insan siması görürdü. Taus Baqurayev İslamın sufi cərəyanına mənsub olub və Çeçenistan Respublikasında sələfilik ideyalarının yayılmasının fəal əleyhdarlarından biri olur. O, həmişə maşınlarda 10 nəfərə qədər mühafizəçilərin müşayiəti ilə hərəkət etməsi ilə bilinirdi.
Taus Baqurayev general Ruslan Gelayevin komandiri olduğu Borz xüsusi təyinatlı dəstəsinin tərkibində batalyon komandiri təyin edilmiş, sonra Gelayevin tabeliyindən ayrılaraq müstəqil partizan hərəkətlərinə keçmişdir[2][12]. Sonra ÇİR Milli Qvardiyasının tərkibində Naurski batalyonuna rəhbərlik etmişdir[2][13][14][9].
1995-ci ildə qohumlarının yaşadığı Ximoy kəndində ev alır. Yerli əhalinin dəstəyindən bəhrələnir.
Komandir Vaxa Dadaşevin ölümündən və Vaxa Həmidovun yaralanmasından sonra Taus Çeçenistan Respublikasının Şatoy ayonundakı birləşmələrə rəhbərlik etmişdir.
Müharibə illərində Taus ÇİR Silahlı Qüvvələrinin Şatoy alayının komandiri Balavdi Beloyev, Şamil Basayev və Şaroy rayonunun xüsusi idarəsinin rəisi Salman Maqomayevlə sıx əməkdaşlıq etmişdir].
Federal qoşunlar Çeçenistan ərazisindən çıxarıldıqdan sonra Taus müstəqil Çeçenistan Respublikasının Naurski rayonunun administrasiyasının rəhbəri təyin edilir[1][15][3]. 1997-ci ilin iyununda Maskadovun fərmanı ilə o, vəzifəsindən kənarlaşdırılır.
2000-ci ilin martında Çeçenistan Respublikasının Urus-Martan rayonunun Komsomolskoye kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur[1][16][3].
Çeçen İçkeriya Respublikasının “Koman Siy” (“Millətin Şərəfi”) ordenilə təltif edilmişdir.