Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağdöş ayı
Ağdöş ayı, Himalay ayısı - ayılar fəsiləsindən yırtıcı məməli heyvan. Uzunluğu 1,7 metr, çəkisi 150 kiloqramadək olur. Cənub-Şərqi Asiyada, Hindiquş və Himalay dağlarında, Tibetin cənub hissəsində, Şərqi Asiyanın cənubunda, Uzaq Şərqin cənubundakı meşələrdə yaşayır. Ağaclara yaxşı dırmaşır. Yaşadığı arealın şimalında ağac koğuclarında qışlayır. Nəsli kəsilmək təhlükəsi var. Azərbaycan ərazisində Alt, Orta və Üst Pleystosen çöküntülərində Ağdöş ayının elmə məlum olmayan növünün ((Selenoarctos Karabach) qalıqları tapılmışdır.
Ağdöş kirpi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. == Xarici görünüş == Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir.
Ağdöş qaratoyuq
Ağdöş qaratoyuq (lat. Turdus torquatus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağdöş kiçik sufərəsi
Ağdöş kiçik sufərəsi (lat. Amaurornis phoenicurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunda şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abad (Ağdaş)
Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1765 nəfərdir (2008). == Etimologiyası == Abad kəndi Ağdaş rayonunun inzibati ərazi dairəsində yerləşir. 1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur. == Tarixi == Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi.
Ağalı (Ağdaş)
Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağalı Ağdaş rayonunun Aşağı Zeynəddin inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir.
Ağcaqovaq (Ağdaş)
Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var. == Tarixi == Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Ağdaş (Cəlilabad)
Ağdaş — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Oykonim "ağ" və "daş" topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir. == Toponimikası == Cəlilabad r-nunun eyni-adlı i.ə.v.-də kənd. Göytəpə çayının sol sahilində, Lənkəran ovalığındadır. Keçmişdə Üçüncü Dərviş adlanırdı. Bu da onunla bağlıdır ki, kənd XIX əsrin ortalarında ərazidə maldarlıqla məşğul olan dərvişbəyli tayfasının üçüncü qoluna mənsub ailələr tərəfindən məskunlaşmışdır. Oykonim kəndin ərazisindəki Ağdaş adlı qayanın adından götürülmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2403 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ağdaş (Gavbazə)
Ağdaş - İranın Kürdüstan ostanında kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pintac qəsəbəsindən 16 km cənubdadır.
Ağdaş (Germi)
Ağdaş (fars. اقداش سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Qala-Bərzənd kəndistanında, Germi qəsəbəsindən 21 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 13 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə).
Ağdaş (Kürdüstan)
Ağdaş — İranın Kürdüstan ostanı, Sənəndəc şəhristanına daxil olan kənd. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bəxşinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 25 km şərqdədir.
Ağdaş (Kəlbəcər)
Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları. == Yaylaqlar == Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu. == Bulaqlar == Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq.
Ağdaş (Qaraqoyunlu)
Ağdaş — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Bəri və ya Bari olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.
Ağdaş (Qoşaçay)
Ağdaş (fars. اغداش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandoab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandoab qəsəbəsindən 28,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 952 nəfər yaşayır (282 ailə).
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağdaş (Təbriz)
Ağdaş (fars. اقداش‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbriz şəhərindən 27 km şimalda, Təbriz-Əhər avtomobil yolunun 11 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (33 ailə).
Ağdaş (Xoy)
Ağdaş (fars. اغداش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər (84 ailə) yaşayır.
Ağdaş (dəqiqləşdirmə)
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunda şəhər, rayonun inzibati mərkəzi. Ağdaş (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş (qəzet) — Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. Ağdaş (Loru) — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. İranda Ağdaş (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanına aid kənd. Ağdaş (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanına aid kənd. Ağdaş (Əhər) — Ağdaş (Ərdəbil) — İranın Ərdəbil ostanında kənd. Ağdaş (Gavbazə) — İranın Kürdüstan ostanında kənd. Ağdaş (Kürdüstan) — İranın Kürdüstan ostanında kənd.
Ağdaş (qəzet)
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. == Tarixi == "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub. 1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər.
Ağdaş (Çaldıran)
Ağdaş (fars. اغداش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (19 ailə).
Ağdaş (Çaroymaq)
Ağdaş (fars. اغداش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 26 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ağdaş bələdiyyələri
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağdaş bələdiyyəsi
Ağdaş bələdiyyəsi (Ağdaş) — Ağdaş rayonunda bələdiyyə. Ağdaş bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Aqios Vasilis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.