Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Abad kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisinin sayı 1765 nəfərdir (2008).[2]
Abad | |
---|---|
40°28′10″ şm. e. 47°20′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1809 |
Mərkəzin hündürlüyü | 9 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0311 |
1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur.[3]
Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi.[4] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Abad kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qaradeyin kənd sovetinə daxil idi[5]. 1980-ci illərin ortalarında Abad kəndinin özünün artıq kənd soveti var idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Abad bələdiyyəsi təsis edilmişdir.
Abad kəndi Kür çayının sol sahilində yerləşir. Kənd Ağdaş rayon mərkəzindən 35 km, Bakıdan 277 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 9 metr yüksəklikdə yerləşir.
1886-cı ildə kənddə 815 nəfər yaşayırdı, hamısı azərbaycanlı idi. 1979-cu ildə əhalisi 1200 nəfər, 1999-cu il üçün 1176 nəfər, 2008-ci il üçün 1765 nəfərdir. Kənd əhalisi əsasən pambıqçılıq və baramaçılıqla məşğuldur.[6].
Kənddə havanın orta illik temperaturu +24,3 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
Kənddə poçt şöbəsi , Mədəniyyət Evi, orta məktəb yerləşir.[7]
Birinci Qarabağ müharibəsində həlak olanlar
İkinci Qarabağ müharibəsində həlak olanlar