Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Azərbaycan ağgülü
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Ağgöl (Arxangel)
Ağgöl (başq. Аҡкүл, rus. Аккулево) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 18 km, kənd sovetliyindən (Orlovka): 1 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 28 km. Kənd ərazisindən Zilim çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (47%), ruslar (41%) üstünlük təşkil edir.
Ağgöl (Ağstafa)
Ağgöl (keçmiş adı: Xutor) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Ağgöl (Mahaçqala)
Ağgöl (Ак-Гёль; qum. Ak-köӀ )— Rusiyada, Dağıstan Respublikasında göl. Göl Mahaçqala şəhərində, Xəzər dənizi sahilində yerləşir. Göl həm də Böyük Turalin adı ilə də tanınır. Ağgöldən bir az aralı Kişik Turalin gölü var.Göl haqqında ilk məlumatlar XVIII əsrə aiddir. == Coğrafi mövqeyi == Göl şəhərin cənub-şərqində, "Reduktornı qəsəbəsində", Xəzər dənizi sahilindən 1 km aralıda yerləşir. == Ümumi məlumat == Ağgöl laqun mənşəli olub dairəvi-kvadrat formasındadır. Maksimal dərinliyi 4 metrdir. Xəzər dənizindən ayrılan qum tirəsinin yuyulması nəticəsində formalaşmış. 1899-cü ildə Həştərxandan olan balıqçılıq üzrə mütəxəssis Vorobyev Ağgöldə balıq yetişdirməyi planlaşdırmış və ərazini 100 illik kirayəyə götürmüş.
Ağgöl bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. == Həyatı == Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Abgül Süleymanov
Abgül Süleymanov (tam adı: Abgül Nemət oğlu Süleymanov, Hacı Abgül olaraq da tanınır) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal, sabiq vicdan məhbusu. "Milli Mənəvi Dəyərlər İctimai Birliyi"nin qurucusu və sədri == Fəaliyyəti == 2002-ci ildə gəncləri dövrün narkomaniya, alkoqolizm və s. uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dininin ayinlərini yayır. 2003-cü ildə əzadarlıq və heyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanır. Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşviq işləri hüquqi müstəvi olaraq “Milli-Mənəvi Dəyərlər” adlı ictimai təşkilatın yaranmasına təkan verir. Milli-mənəvi dəyərlərin qorunub inkişaf etməsi məqsədi ilə yaranan təşkilat 2005-ci ildə “Binqo” restoranında İslam peyğəmbəri Məhəmmədin və şiələrin altıncı imamı Cəfər Sadiqin mövlud gecələrini təşkil edir. Elə həmən il Danimarkada Məhəmməd peyğəmbər əleyhinə karikatura təhqirini mənəviyyata vurulan zərbə kimi dəyərləndirən təşkilat Bakıda Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşularaq bu işi tənqid edir.
İsmail Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İsmayıl Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Ağgöl Milli Parkı
Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Yaradıldığı il – 2003, Sahəsi – 17,924 hektar == Ümumi məlumat == Kür-Araz Ovalığının Mil Düzənliyi, Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağ göl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması və uzaqdan ağararaq ağ səth effekti yaratması nəticəsində verilmişdir. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Ərazinin qocaman sakinlərinin sözlərinə görə əvvəllər yerli sakinlər yay vaxtı buradan xörək duz hasil edirlərmiş. Ağcabədi və Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq "ornitoloji oazis" hesab edir. Bu ərazi bir sıra nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının həm qışlama, həm də yuvalama yerləridir. Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan yerli və köçəri su-bataqlıq quşlarının, xüsusilə, məməli heyvanların və onların yaşayış yerlərinin (biotoplarını) davamlı inkişafını təmin etməkdən ibarətdir. Ümumilikdə 500 mindən çox quşun qışladığı bu ərazidə 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınmışdır. == Tarixi == İlk öncə 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyinin təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilmiş, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılmışdır.
İslamşəhr-i Ağgöl
İslamşəhr-i Ağgöl — İranın Həmədan ostanının Məlayir şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,031 nəfər yaşayır (1,185 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur. Qoruğun ümumi sahəsinin 2,1 ha-nı (40,6 %) təmiz su sahəsi, 2,26 min ha-nı (43,6 %) qamış cəngəllikləri, 20 ha-nı (0, 38 %) adalar təşkil edir. == İqlimi == Buranın yayı quraq keçən yarımsəhra və quq çöllərin mülayim – isti iqlim tipi hakimdir. Burada günəş radiaiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm –dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyildir. Buradakı iqlim şəraiti ərazidəki quşların və məməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaratmşdır. Ümumi sahənin çoxunu Ağgöl təşkil edir. Ağgöl öz sahəsinə görə respublikanın ən böyük göllərindən biridir.
Ağqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.
Ağqula (Borçalı)
Ağqula (gür.: g.ə. ახყულა, l.ə. axğula) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Ağqüllə" adlandırırlar. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 150 nəfər (68 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayır.
Nüsrətəddin Ağquş
Nüsrətəddin Ağquş (?-1229) - Ərdəbil hakimi. == Həyatı == Nüsrətəddin Ağquş həm səlcuqların, həm atabəylərin, həm də xarəzmşahlıların hakimiyyəti dönəmində adlı-sanlı əmir idi. Azərbaycanın bir çox bölgələrində iqtası vardı. Bir müddət Ərdəbil hakimi olmuşdu. 1229-cu ildə çarmıxa çəkildi. Nüsrətəddin Ağquşun Cəlaləddin Məhəmməd adlı oğlu vardı.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir . 1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Ağal
Ağdü
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Algol dili
ALGOL (The ALGOritmick Language) – 1958-ci ildə Avropada bir konsorsium tərəfindən inkişaf etdirilmişdir. IBM Firması FORTRAN dilini öz təchizatlarında istifadə ediləcək ortaq proqramlaşdırma dili olaraq mənimsədiyindən, avropalılar da alternativ bir dil inkişaf etdirmək istəmişlər. ALQOL dilində inkişaf etdirilən bir çox prinsip müasir proqramlaşdırma dillərinin hamısında istifadə edilməkdədir. 1958-1960-cı illərdə riyazi düsturları proqram əmrlərinə rahat çevirməyə imkan verən ALGOL (ALGOrithmic Language) dili Algol-58, Algol-60 yaradılmış və 1964- 1968-ci illərdə Algol 68 təkmilləşdirilmişdir. İlk proqramlaşdırma dillərindən olan bu dil həm proqramların, həm də alqoritmlərin yazılma vasitəsi kimi yaradılmışdır. == Digər proqramlaşdırma dilləri == KOBOL Assembler Basic C C++ C# Fortran JAL Java LISP Object C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Akqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqqun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.