Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almancı
Almancı — Almaniyada yaşayan türklərə aid edilən türkcə epitet. "Almancı" termini türkcə "alman" sözünün kiçildilməsidir. Əvvəlcə 1960–1970-ci illərdə qastarbayter adı ilə Almaniyaya səyahət edən türk miqrantlara aid edilir, lakin sonradan bu termin daha geniş məna və konnotasiyaları əhatə etmək üçün təkamül etmişdir. Sonralar bu termin daha çox Almaniyada yaşamaqdan zövq alan, öz vətənlərinə istirahət yeri kimi baxan, ifrat milliyətçi, radikal islamçı və Ərdoğan tərəfdarı kimi baxılan Almaniyada yaşayan stereotipik türklərə aid bir termin olmuşdur. Bu termin bəzən Almaniyadakı türklər arasında materializm, mədəni yadlaşma və orijinallığın olmaması mənasını vermək üçün aşağılayıcı mənada istifadə olunur.
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.923.852 məqalə yaradılıb.
Alakanti
Alakanti (isp. Alacantí) — İspaniyada yerləşən rayon.
Pirikitel Alazani
Pirikitel Alazani çayı (Pirikiti Alazanigürc. პირიქითი ალაზანი, Pirikita Alazani, Pirikitel Alazani, gürc. ქვახიდისწყალი) — Gürcüstanın şimal-şərqində Tuşetiya tarixi-coğrafi bölgəsində dağ çayı. Tuşeti Milli Parkının şimal hissəsindəki Kaxeti Axmeta bələdiyyəsinin ərazisindən axır. Andi Göysu çayının sol qoludur. Yuxarı axarda çayın adı - Xvaxidisçkali (gürc. ქვახიდისწყალი) adlanır. Gürcü dilindən tərcümə edildikdə çayın adı üç hissəyə ayrılır. Sözün hərfi mənasında gürcü dilində: ქვა (kva) - daş, yük; gürcü dilində ხიდის (hidis) - körpü və yük; gürcü dilində: წყალი (tskali) - su, çay deməkdir. Çayın ümumi uzunluğu 46 (49) km-dir.
Əli Kərimov (balabançı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.