Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş.
Alamana döyüşü | |||
---|---|---|---|
Yunanıstan İstiqlaliyyət müharibəsi | |||
| |||
Tarix | 22 aprel 1821-ci il | ||
Yeri | Fermopillər, Yunanıstan | ||
Nəticəsi | osmanlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi.[1]
Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi.[2]
Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü.[3]
Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu. Diakos imtina edərək və cavabında "mən yunan doğuldum və yunan kimi öləcəm" cavabını verdi.
Vrioni Diakosu payaya keçirməyə əmr etdi.[4] Osmanlıla Diakosu iti şüvüla daşımağa məcbur eləməyə çalışsalar da o, onu nifrətlə yerə atdı. Payaya keçirmək üçün yola salındıqda, izləyicilər onun bunu oxuduğunu eşitdiklərini deyirdilər: "Bir baxın Xaronun məni hansı zaman götürməyə qərar verib, budaqlar çiçəkləndiyi vaxt, yerin ot göndərdiyi zaman".[5]
Diakosun mahnısı Rumların Osmanlı İmperiyasına qarşı qiyamına göndərmə idi. Məşhur başqa versiyada Diakosun odda yandırıldığı deyilirdi, lakin bu mübahisəli ehtimaldır, çünki başqa yerli şifahi versiyaya görə, yunan üsyançı onun payaya keçirilməsin deyə ona mərhəmət göstərib öldürmüşdü.
Döyüşün son nəticədə yunanlar üçün hərbi məğlubiyyətə çevrilməsinə baxmayaraq, Diakosun ölümü Yunanistanın milli işlərində qəhrəmanlıq şəhidliyi haqqında mif doğurdu.