Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anna Bergendahl
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Bergendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Berqendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Bitiyeva
Anna Bitiyeva (17 noyabr 1987, Sxinval) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Bitiyevanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Anna Bitiyeva Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Anna Boleyn
Anna Boleyn (1507[…] – 19 may 1536, London qalası) — İngiltərə kraliçası, VIII Henrinin ikinci arvadı, I Yelizavetanın anası. == Həyatı == Anna Boleyn 1507-ci ildə Londonda anadan olub. Öz dövrünə görə mükəmməl təhsil alan Anna 1514-cü ildə ingilis şahzadəsi Mariya Tüdorun rəiyyəti tərkibində Fransaya köçərək Fransız kral sarayında təhsilini davam etdirir. 1520-ci ildə isə siyasi problemlərə görə ingilislər vətənlərinə dönməli olurlar. Onların sırasında 13 yaşlı Anna da olur. Vətənə qayıdan Anna kral sarayında diqqəti gözəlliyi ilə deyil ağlı və davranışı ilə cəlb edir. 1522-ci ildə o ilk dəfə olaraq kral VIII Henrinin gözünə dəyir. Cavan və ağıllı Anna kralı heyran edir, lakin Anna kralın məşuqələrindən biri olmaq istəmir və ona görə də kralın diqqətinə laqeyd qalır. Kral isə ailə həyatından razı deyildi, həyat yoldaşı Araqonlu Ketrin dünyaya oğlan gətirmirdi. Bircə sağ qalan övladları isə Mariya idi.
Anna Bronte
Enn Bronte (ing. Anne Brontë 17 yanvar 1820[…] – 28 may 1849[…], Skarboro, Nort-Yorkşir[d]) — ingilis yazıçısı. Enn Brontenin ailə üzvlərinin hamısı, özü də daxil olmaqla vərəmdən vəfat etmişdır. Enn Brontenin sonuncu çapdan çıxmış əsəri "Uayldfell-Holldan olan yad qadın" adlanır.
Anna Burmistrova
Anna Burmistrova (d. 16 iyun 1977) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Anna Burmistrova Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Anna Burova
Anna Dadli
Anna Dallas Dadli (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. == Erkən illəri və ailəsi == Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır. Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır.
Anna Doqonadze
Anna Doqonadze və ya tam adı ilə Anna Doqonadze-Lilkendey (15 fevral 1973, Mtsxeta) — Almaniyanı təmsil edən Gürcüstan əsilli batut gimnastı. Anna Doqonadze, 2000, 2004, 2008 və 2012-ci illərdə Almaniyanı Olimpiya Oyunlarında təmsil edib. 2004 Afina Olimpiadasında qızıl medal qazanan Anna Doqonadze, həmdə Dünya Çempionatlarında 3 qızıl, 4 gümüş və 6 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === Anna Doqonadze, 2000-ci ildə Almaniya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Anna Doqonadze, 5 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu. === 2004 Afina Olimpiadası === Anna Doqonadze növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 39.60 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu. === 2008 Pekin Olimpiadası === Anna Doqonadze üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 18.90 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu. === 2012 London Olimpiadası === Anna Doqonadze sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı.
Anna Dostoyevskaya
Anna Qriqoryevna Dostoyevskaya(rus. Анна Григорьевна Достоевская; 30 avqust (11 sentyabr) 1846, Sankt-Peterburq – 9 iyun 1918, Yalta) - Rusiyalı memorist, stenoqraf, filatelist. O, Dostoyevskinin həm köməkçisi, həm də ikinci həyat yoldaşı (1867-ci ildən) olmuşdur. O, Fyodor Dostoyevskinin həyatından bəhs edən iki bioqrafik əsər yazmışdır: ölümündən sonra 1923-cü ildə nəşr edilən Anna Dostoyevskayanın 1867-dəki gündəliyi və 1925-ci ildə nəşr edilən Anna Dostoyevskayanın xatirələri == Həyatı == Anna Mariya Anna və Qriqori İvanoviç Snitkin cütlüyünün övladı idi. O, akademik liseydən məzun olmuş və ardınca stenoqraflığı tədris etmişdir. == Evlilik == Anna Snitkina 4 oktyabr 1866-cı ildə Fyodor Dostoyevskinin Qumarbaz romanının stenoqrafı olaraq işləməyə başlamışdır. Bir ay sonra onlar nişanlandılar. Anna Xatirələr kitabında Dostoyevskinin ona evlilik təklifini sanki xəyali romanında qadın psixologiyasını anlamaq üçün onun məsləhətinə ehtiyacı varmış kimi davranaraq etdiyini deyir. Hekayədə qoca rəssam Anya adlı gənc qıza evlilik təklifi edir. Dostoyevski çox gənc və fərqli xarakterdə olan bir qızın rəssama aşiq olub ola bilməyəcəyini soruşur.
Anna Dudayev
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. == Həyatı == Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir. 2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. == Əsərləri == Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр.
Anna Dudzenkova
Anna Dudzenkova (7 may 1994, Qrodno) — Belarusu təmsil edən bədii gimnast. Anna Dudzenkova, 2016-cı ildə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Anna Dudzenkova, 2016-cı ildə Belarus bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Kadobina, Mariya Katsiak, Valeriya Pişelina və Arina Tsitsilina ilə birgə final yarışlarında 35.299 xal topladı və 5-ci yeri tutdu.
Anna Espar
Anni Espar (d. 8 yanvar 1993) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Anni Espar, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Anni Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Anna Favella
Anna Favella (21 sentyabr 1983, Roma) — İtaliya aktrisası. == Həyatı == Anna Favella 1983-cü il sentyabrın 21-da Latsio əyalətinin kiçik Roma şəhərində anadan olub. == Filmoqrafiya == 2008 Enrico Mattei - L'uomo che guardava al futuro 2009 Don Matteo 7 2010 Terra Ribelle 2012 Terra Ribelle - Il Nuovo mondo 2013 Mr.
Anna Feris
Anna Key Feris (ing. Anna Kay Faris, 29 noyabr 1976, Baltimor, Merilend) — Amerikalı aktrisa. == Həyatı == Anna Feris 29 noyabr 1976-cı ildə Merilend ştatının Baltimor şəhərində doğulmuşdur. Onun anası Karen "ing. Seaview Elementary School" məktəbində müəllimə, atası Cek Feris isə Vaşinqton Universitetində sosioloq vəzifəsində çalışmışdır. Həmçinin, Annanın kiçik qardaşı Robert Devisdə yerləşən Kaliforniya Universitetində sosiologiya üzrə professordur. Feris şotland, irland, ingilis, alman və fransız əsillidir. Annanın 6 yaşı tamam olanda ailəsi Vaşinqton ştatının Edmonds şəhərinə köçür. Karyerasına Sietl teatrında başlayan Anna 9 yaşındaykən ilk peşəkar layihədə iştirak edir. Ardınca filmlərə çəkilən aktrisa "Lovers Lane" filmi ilə diqqəti öz üzərinə çəkməyi bacardı.
Anna Frank
Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929[…] – fevral 1945[…], Bergen-Belzen konsentrasiya düşərgəsi, Üçüncü Reyx) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir. == Həyatı == Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərə və Amerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.
Anna Freyd
Anna Freyd (alm. Anna Freud‎; 3 dekabr 1895, Vyana – 9 oktyabr 1982, London) — avstriya mənşəli ingilis psixoloqu. Usaq psixoanalizinin yaradıcılarından biridir. Tanınmış psixoloq Ziqmund Freydin qızıdır.
Anna Gavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970[…], Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna Pavlova Anna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast. Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Ketli — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak — Anna Polina — Anna Şudt — Oxşar adlar Anne Haney — ABŞ aktyoru.
Anna Haava
Anna Haava (est. Anna Rosalie Haavakivi 15 oktyabr 1864[…] – 13 mart 1957[…], Tartu) — Estoniya şairəsi və tərcüməçisi, Estoniya SSR xalq yazıçısı. == Bioqrafiyası == Tartu qəzasındakı Haavakivi fermasında kəndli ailəsində anadan olub. Ata kəndli ziyalılarından idi, buna görə də evdə kitablar və qəzetlər həmişə oxunurdu. Atası skripka çalırdı. O, Vanemuine Teatr Cəmiyyətinin iclaslarında iştirak edir və Tartu Əkinçilik Cəmiyyətinin üzvü idi. Anna 5 yaşında olanda ailəsi əmanətlərini bir qohumuna həvalə etdi ki, fermanı sahibindən alsın, ancaq Annanın ailəsinin evini öz adına yazdığından ailə evini itirməli olur. Ancaq buna baxmayaraq Anna yaxşı bir təhsil alır. Əvvəlcə alman ibtidai məktəbində oxuyur. Ancaq o burada alman Espenşteyn soyadını almaq məcburiyyətində qalır.
Anna Hakobyan
Anna Vaçiki Hakobyan (erm. Աննա Վաչիկի Հակոբյան; 1 fevral 1978, İrəvan) — Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı. Armenian Times qəzetinin baş redaktorudur. Qeyri-rəsmi olaraq, Akopyan "Ermənistan Respublikasının Birinci Xanımı" olaraq qəbul edilir və bu mövqe Ermənistan Respublikası Prezidentlərinin həyat yoldaşlarına məxsusdur. == Həyatı == === Təhsili və karyerası === Anna Hakobyan 1 fevral 1978-ci ildə Ermənistan SSR-də anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb. Məzun olduqdan sonra Ermənistanda jurnalist kimi fəaliyyətə başlayıb. Hal-hazırda Ermənistandakı ən böyük qəzet olan Armenian Times-ın baş redaktorudur. === Ermənistan İnqilabı === Hakobyan, keçmiş prezident Serj Sarkisyanın Baş Nazirliyə namizədliyini irəli sürməsinə cavab olaraq bir sıra hökumət əleyhinə dinc kütləvi etiraz aksiyaları olan 2018-ci il erməni inqilabında fəal rol oynadı. === Baş Nazirin xanımı === Hakopyan 8 may 2018-də əri Nikol Paşinyanın Baş Nazir olaraq seçilməsindən sonra Baş Nazirin xanımı oldu.
Anna Harrison
Anna Harrison (ing. Anna Tathill; 25 iyul 1775[…], Morristaun[d], Britaniya Amerikası – 25 fevral 1864[…], Şimali Bend[d]) — ABŞ siyasətçisi, 9-cu Prezidenti Vilyam Henri Harrisonun həyat yoldaşı.
Anna Həmidova
Anna Junq
Anna Junq (21 avqust 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Junq Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
"Müqəddəs Anna" ordeni
Müqəddəs Anna ordeni — 1735-ci ildə təsis edilmiş Rusiya imperiyasının ali mükafatı. == Xarici keçidlər == (rus.) Order of St. Anna Arxivləşdirilib 2008-11-07 at the Wayback Machine (rus.) History of the order of St.
Acer pseudoplatanus f. annae
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Amandurdı Annadurdıyev
Amandurdı Annadurdıyev (11 fevral 1967, Aşqabad) — bütün mövqelərdə oynayan sovet və türkmən futbolçu. Türkmənistan milli komandasında oynadı. == Tərcümeyi-hal == Amandurdu Annadurdıyev 11 fevral 1967-ci ildə Türkmənistan SSR-in Aşqabad şəhərində anadan olmuşdur. 1988–1991-ci illərdə "Kopetdağ" komandasında oynamışdır. 1992–2004-cü illərdə Türkmənistanın müstəqil çempionatında "Kopetdağ", "Nisa", "Qalkan" komandalarında iştirak etmişdir. Amandurdı Annadurdıyev 1992-ci ildən Türkmənistan milli komandasında iştirak etməyə başladı. İlk oyununu 1 iyun 1992-ci ildə Qazaxıstana qarşı keçirdi (bu, müstəqil Türkmənistan yığmasının keçirdiyi ilk oyun idi). 1994-cü ildə Asiya Oyununda da iştirak etmişdir. 2003-cü ilə qədər Türkmənistan yığmasındakı oyunlarda iştirak etmişdir. FİFA Dünya Kubokunda 39 matçda iştirak etdi və 2 qolun müəllifi oldu.
Anna De la Forest
Anna De la Forest (d. 24 iyun 1988; Turin, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Anna De la Forest İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Anna Frankın gündəliyi (film)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.
Anna Frankın gündəliyi (film, 1959)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.