Anna Boleyn

Anna Boleyn (ing. Anne Boleyn; 1507[1][2][…]19 may 1536, London qalası) — İngiltərə kralı VIII Henrinin ikinci xanımı, İngiltərə kraliçası.

Anna Boleyn
ing. Anne Boleyn
28 may 1533 – 17 may 1536
Şəxsi məlumatlar
Doğum adı Anne Boleyn
Doğum tarixi 1507[1][2][…]
Vəfat tarixi 19 may 1536
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti əsilzadə, məşuqə[d], monarx
Həyat yoldaşı
Uşaqları
Dini anqlikanizm[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sonralar Viltşir qrafı olan Tomas Boleyn və Yelizaveta Hovardın qızı olub, HollandiyaFransada təhsil aldı. 1522-ci ilin əvvəllərində İngiltərəyə qayıtdı və VIII Henrinin xanımı Araqonlu Ketrinin nədiməsi olaraq saraya daxil oldu. 1526-cı ilin mart ayından etibarən VIII Henriylə eşq yaşamağa başladı. Üstəlik bacısı Mariya Boleyn də kralın məşuqələrindən biri idi. Ancaq sarayda məşuqə olaraq yaşamaq istəməyən Anna Boleyn kralı xanımından boşanmağa məcbur etdi. Bu isə Roma-Katolik kilsəsiAraqonlu Ketrinin bacısı oğlu olan V Karlın təzyiqi altındakı Roma papası tərəfindən qəbul edilmədi. Uzun hüquqi və siyasi mübarizənin ardından 14 noyabr 1532-ci ildə gizlicə, 25 yanvar 1533-cü ildə isə rəsmi mərasimlə VIII Henriylə evləndi. Nəticədə İngiltərə kilsəsiRoma-Katolik kilsəsi arasındakı münasibətlər kəsildi və kral İngiltərə kilsəsinin idarəsini ələ aldı.

1 iyun 1533-cü ildə tacqoyma mərasimi keçirilən Anna Boleyn 7 sentyabrda yeganə övladı Yelizavetanı dünyaya gətirdi. Daha sonrakı tarixlərdə 3 dəfə hamilə olduğu elan edilsə də, övladlarını hələ ana bətnində ikən itirdi. Oğul varisi istəyən VIII Henri isə getdikcə ondan uzaqlaşdı və 1536-cı ilin martında Ceyn Seymurla eşq yaşamağa başladı.

1536-cı ilin aprelində Anna Boleyn vətənə xəyanətlə təqsirləndirildi və 2 mayda həbs edilərək London qəsrinə göndərildi. 15 may günü keçirilən məhkəmə işinin ardından krala xəyanət, qardaşı Corcla insest münasibət və krala sui-qəsddə təqsirli görüldü və 4 gün sonra edam olundu.

  1. 1 2 Anna Boleyn // Biografisch Portaal. 2009.
  2. 1 2 Rey de Inglaterra Ana Bolena, Reina consorte de Enrique VIII // Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
  3. 1 2 3 Kindred Britain.