Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. == Məzmun == "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Aplactis
Chrysoma (lat. Chrysoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aplactis Raf.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər. Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Atlantic Records
Atlantic Recording Corporation (Atlantic Records kimi bilinir) — 1947-ci ilin oktyabrında Ahmet Ertegün və Herb Abramson tərəfindən təsis edilmiş albom şirkəti. Hazırda Warner Music Group-a məxsusdur. 2004-cü ildə Atlantic və Elektra şirkəti Atlantic Records Group-la birləşdirildi. Atlanticin sədri Kreyq Kallmandır. Ahmet Ertegün 14 dekabr 2006-cı ildə 83 yaşında vəfat edənə qədər qurucu sədri vəzifəsini icra etdi.
Chase Atlantic
Chase Atlantic (bəzən CHASE ATLANTIC kimi stilizə olunur) — Avstraliyada 2014-cü ildə qurulmuş R&B qrupu və prodüser üçlüsü. Qrup üzvləri Kristian Antoni, Klinyon Keyv və Mitçel Keyvdir. Chase Atlantic yeddi mini albom və üç studiya albomu buraxdı.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiyaya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastik Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul".Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər. İnsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Plastik sürtkülər
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Plastik sürtkülərin təsnifatı
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər