Plastik sürtkülərin təsnifatı

Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır.

Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır.

Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur.

Sürtkülərin təsnifatı

[redaktə | mənbəni redaktə et]

Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır.

Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür:

  1. Sabunlu sürtkülər.
  2. Karbohidrogenli sürtkülər.
  3. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər.

Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir. Bu tərkibdən başqa sürtkülərdə digər komponentlər də iştirak edir:

  • hidratlaşmış kalsium sürtkülərində stabilləşdirici komponent kimi su iştirak edir;
  • bəzi sabunlu sürtkülərdə yağların sabunlaşması zamanı ayrılan qliserin olur;
  • sürtkülərin termiki emalı zamanı yağ əsasının oksidləşmiş məhsulları;
  • sərbəst turşu və qələvilər.

Sürtkülərin istismar xassələrini yaxşılaşdırmaq üçün onlara müxtəlif funksional təyinatlı aşqarlar və bərk əlavələr daxil edirlər. Beləliklə, sürtkülər əsas xassələri dispers mühit, dispers faza, aşqar və əlavələrlə müəyyən olunan mürəkkəb çoxkomponentli sistemdir.

Dispers mühit kimi müxtəlif sürtkü yağlarından və mayelərdən istifadə edirlər. Sürtkülərin əksəriyyətini (~97%) neft yağlarında hazırlayırlar. Spesifik və ekstremal şəraitdə işləyən sürtkülərdə sintetik yağlardan istifadə olunur:

Bəzi hallarda dispers mühit kimi bitki yağlarından, məsələ gənəgərçək yağından istifadə edirlər.

Əsasən sabun istifadə olunur. Sabunlar səthi-aktiv maddələr olaraq, sürtkülərdə eyni zamanda həm qatılaşdırıcı, həm yeyilməyə və siyrilməyə qarşı komponentinin funksiyasını yerinə yetirir. Sürtkülərin triboloji xassələri I qrup metal kationlarından II qrup metal kationlarına keçdikdə yaxşılaşır. Lakin aşağı temperatur xassələrinə görə natrium və litium sürtküləri, kalsium, barium və alümünium sürtkülərini üstələyir.

Sürtkülərə aşqarlar

[redaktə | mənbəni redaktə et]

Sürtkülərin xassəsini yaxşılaşdırmaq üçün sürtkü yağlarında istifadə olunan aşqarlardan istifadə olunur:

Doldurucular – yüksəkdispersli, yağda həll olmayan sürtkülərdə kolloid quruluş əmələ gətirməyən, lakin onların istismar xassələrini yaxşılaşdıran maddələrdir. Aşağı sürtünmə əmsalı olan dolduruculara daha çox istifadə olunur:

Sabunlu sürtkülər

[redaktə | mənbəni redaktə et]

Sabunlu sürtkülər qatılaşdırıcının tərkibinə görə aşağıdakı növlərə bölünür:

  • Adi sabunlu sürtkülər;
  • Kompleksli qatılaşdıcılar əsasında alınan sürtkülər (qatılaşdırıcının tərkibinə aşağı- və yüksək molekullu turşuların duzları daxildir);
  • Qarışıqlı qatılaşdıcıların əsasında alınan sürtkülər (qatılaşdırıcının tərkibinə müxtəlif metalların duzları daxildir).

Sabunun molekulasındakı olan kationun növünə görə sürtkülər kalsiumlu, natriumlu, litiumlu, bariumlu, aluminiumlu və s. olur. Yağların tərkibinə görə sürtkülər aşağıdakı növlərə bölünür:

  • Sintetik yağların əsasında alınan sürtkülər (parafinlərin oksidləşməsi nəticəsində alınan sintetik yağlı turşuların fraksiyaları);
  • Təbii yağların (adətən, hidrogenləşdirilmiş bitki və heyvan yağlarının qarışığından) əsasında alınan sürtkülər;
  • Texniki yağlı turşuların (stearin, 12-oksistearin turşuları və s.) əsasında alınan sürtkülər;

Təyinatına görə sürtkülər aşağıdakı qruplara bölünür:

Sürtünməyə qarşı (antifriksiya) sürtkülər – maşının detal və mexanizmlərin sürtünmə və siyrilməsinin azaldılması üçün istisfadə edilir;

Konservasiya sürtküləri – metal detalların korroziyadan müdafiəsi üşün istisfadə edilir;

Kipləşdirici sürtkülər – sürtünən səthlərin, boşluqların germetizasiyası üçün istisfadə olunur;

Antifriksiya sürtküləri kimi aşağıdakı sürtkülər istifadə olunur:

Avtomobil sürtküləri - (Литин-2; АМ-карданная; Литол 459/5; ЛСЦ-15 və s.);

Dəmiryol sürtküləri - (ЛЗ-ЦНИИ; ЖРО; Кулисная ЖК; ЦНИИ-КЗ; ЖТ-72) ;

Dəniz sürtküləri - (АМС-1; АМС-3; МС-70; МУС-3А; МЗ) ;

Aviasiya sürtküləri - (Эра; АТЛАНТА; Сапфир; СЭДА; Свинцоль-01; НК-50; № 9) ;

Sənaye sürtküləri – (Униол-2М/2; ИП-1(Л, З); ЛКС-2);

Elektrokontakt sürtküləri – (ВНИИНП-248, 502; Электра).

Sürtkülərin əsas təyinatı – maşın və mexanizmlərin detallarının istismar müddətini uzatmaq üçün yeyilməsini azaltmaqdır. Bununla bərabər sürtkülər başqa funksiyaları da yerinə yetirirlər:

  • sürtünmə səthinin siyrilməsinin və tıxanmasının qarşısını alır;
  • sürtünmə səthlərinə aqressiv mayelərin, qazların, buxarların, aşındırıcı hissəciklərin (toz, çirk və s.) daxil olmasının qarşısını alır;
  • metal səthlərinin korroziyasının qarşısını alaraq mühafizə funksiyasını daşıyır.

Sürtkülərin sürtünmə əleyhinə olan xassələrinə görə sürtünməyə olan enerji "sərfini" kifayət qədər azaldır, bu da maşın və mexanizmlərin güc itkisinin azalmasına imkan yaradır. Plastik sürtküləri bölürlər:

  • işçi;
  • mühafizəedici;
  • işçi-mühafizəedici;
  • kipləşdirici (maşında və mexanizmlərdə boru kəmərlərindəki boşluqların doldurulması);
  • xüsusi təyinatlı (elektrikkeçirici və ya izolyasiya rolunu oynayır, radiasiya, dərin vakuum və s. şəraitində sürtünmə qovşaqlarının işləməsini təmin edir.

Konservasiya üçün istehsal olunan sürtkülərin 14%, hermetizasiya üçün −2% istifadə olunur, qalan sürtkülər detalların sürtünməsinə və yeyilməsinə qarşı antifriksiyaedici sürtkü materialı kimi istifadə olunur.