Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arktur
Arktur Günəşdən 37 işıq ili uzaqlıqdadır və görünən ulduz ölçüsü -0.05-dir. Arktur nəhəng ulduzunun spektral sinfi K1.5 IIIpe olaraq təyin olunur. Diametri Günəşin dimametrindən 20 dəfə böyük olub , Günəşdən 180 qat daha çox enerji şüalandırır. == Müşahidəsi == Arktur, -0.05 vizual ulduz ölçüsünə malik olub Göy sferinin Şimali yarımkürədə ən parlaq ulduz və gecə səmada isə Sirius (m= -1.46), Kanopus (m= -0.72) və Tolimakdan (m= -0.27) sonra dördüncü parlaq ulduzdur. α Sentavırın (Tolimakın) komponentləri ayrılıqda Arkturdan daha zəifdir. Arktur göy ekvatorundan 19 ° şimalda yerləşdiyinə görə Yer kürəsinin hər iki yarımkürəsində görünə bilir. Ulduz, 27 Aprel gecəsi gecə yarısı və 10 İyun səhər saat 9: 00-da kulminasiya edir, şimal baharı ya da cənub payızında müşahidə olunur. Şimali Yarımkürəsində, Arkturu tapmağın asan yolu, Böyük Ayı bürcünün quyruğunu təqib etməkdir (Səkil 1). Bu yoldan davam edərək əvvəlcə Naxırçı bürcünü daha sonra Arkturu müşahidə edə bilərik. Potolomey Arktrunu subrufa (latın dilində qırmızımtıl) olaraq təsvir etmişdir.
Ardov
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Avdur
Avdur — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır. Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər. Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir.
Ardon
Ardon rayonu — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. Ardon (şəhər) — Şimali Osetiya Respublikasında şəhər Ardon (çay) — Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu.
Arafur dənizi
Arafur dənizi (ing. Arafura Sea,ind. Laut Arafura) — Avstraliya, Yeni Qvineya, Tanimbar və Kay adaları arasında Hind okeanın ucqar dənizidir. Melvill adası ilə Koburq yarımadası arasında Dundas boğazı yerləşir. Sahəsi — 1017 min km² (ölçüləri 1290 x 560 km), dərinlik əsasən 50–80 m-dir, qərb doğru 3680 metrə qədər uzanır. Karpentariyanın böyük körfəzidir. Arafur dənizi dayaz tropik dənizdir. Arafur dənizinin sularında tropik tufanlar tez-tez baş verir.
Arthur Eş
Arthur Robert Ashe (10 iyul 1943[…], Riçmond – 6 fevral 1993[…], Nyu-York, ABŞ) — dünyada bir nömrə olmuş Amerikalı tennisçi. Karyerasında üç Qrand Slam çempionluğu olan Eş,performansı ilə Amerikanin ən yaxşı tennisçilərindən idi. == Artur Robert Eş == Afrika -Amerikali Eş, ABŞ Davis komandasina seçilən ilk qaradərili idmançı idi. Eş Amerika Açıq və Avstraliya Açığı qazanan tək qaradərili idmançı olmuşdu. 1980'də karyerasını bitirdi. Artur Eş 1980-ci ilin əvvəlində keçirdiyi əməliyyat zamanı verilən qandan QİÇS xəstəliyinə tutuldu.1992-ci ilin aprel ayında xəstəliyini cəmiyyətə bildirən idmançı , QİÇS mövzusunda cəmiyyəti bilgiləndirməyə başladı. QİÇS'ə qalib gəlmək üçün Artur Eş dərnəyini quran idmançı 1993-cü ildə QİÇS'ə bağlı olan xəstəlik səbəbi ilə dünyasını dəyişdi. Eş ölümündən sonraç 20 iyun 1993-cü ildə ABŞ prezidenti Bill Klinton tərəfindən Prezidentin Azadlıq Medalın'a layiq görüldü. == Karyerası == Eş 1963-cü ildə Amerika Davis komandasına seçilən ilk qaradərili oyunçu oldu. 1965-ci ildə Collegiate Athletic Association] (NCAA)çempionluğunu qazanan idmançı UCLA'nın komanda olaraq zirvədə olmasında pay sahibi oldu.
Ranunculus sardous
Ranunculus sardous (lat. Ranunculus sardous) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Sardor Rüstəmov
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Ann-Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Ann - Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir. Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var.
Ardon (şəhər)
Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir. == Coğrafiya == Ardon şəhəri Osetiya yamacında, Ardon çayının sol sahilində və Tarqaydon qolunda, Vladiqafqazdan 35 km şimal-qərbdə yerləşir. Şəhərdə mülayim kontinental iqlim üstünlük təşkil edir. Ən isti ay iyul ayı hesab olunur, ortalama temperatur 20.4 ° C, ən soyuq ay yanvar ayıdır.Şəhərdə orta temperatur 9.4 ° C təşkil edir. Hər il şəhərdə təxminən 512 mm yağış yağır. == Tarixi == 1824-cü ildə Elizavetinski və Konstantinovski hərbi yaşayış məntəqələri arasındakı yol Terekin sol sahilinə köçürüldü. Onu qorumaq üçün Ardon da daxil olmaqla bir sıra yeni məkanlar inşa edildi.
Ardon rayonu
Ardon rayonu (oset. Æрыдоны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ardon şəhəridir. == Coğrafiya == Ardon rayonu respublikanın mərkəzi hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Rayonun sahəsi - 377.08 km². Respublikanın aşağıdakı rayonları ilə həmsərhəddir: cənub-şərqdə Priqorodnı, cənubda Alagirski, qərbdə Digor, şimal-qərbdə Kirov, şərqdə isə Pravoberejnı. Rusiya Federasiyasının və ya xarici dövlətlərin subyektləri ilə sərhədləri olmayan respublikanın yeganə daxili rayonudur. Rayondan axan ən əhəmiyyətli çaylar: Ardon, Fiaqdon, Terek, Suadaqdon, Saudon, Dur-Dur və s. == Əhali == Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 60,88 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Təhsil == 11 orta məktəb; 18 məktəbəqədər müəssisə; 2 əlavə təhsil məktəbi; 3 orta ixtisas təhsili müəssisəsi.
Artur Lüis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[…], Kastris, Britaniyanın Küləkli adaları[d] – 15 iyun 1991[…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır. == Həyatı == Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür.
Artur Makdonald
Artur Makdonald (29 avqust 1943) — Kanadalı astrofizik. Makdonald Sadbari Neytrin Rəsədxana İnstitutu direktoru və Kinqstonda, Ontarioda olan Queen Universitetində parçacıq astrofizika sahəsində Gordon və Patricia Gray Kürsüsü başçısıdır. Yapon fizikaçı Takaaki Kacita ilə ortaq şəkildə 2015-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür. == Həyatı == Makdonald 29 avqust 1943-cü ildə Sidneydə, Nova Skotiyada anadan olmuşdur. 1956-cı ildə Dalhaus Universitetinin fizika fakültəsini bitirib. 1969-cu ildə Kaliforniya Texnologiya İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. == Akademik karyerası == Makdonald Ottavanın şimal-qərbindəki Chalk River Nüvə laboratoriyasında 1970-ci ildən 1982-ci ildə qədər araşdırma vəzifəlisi olaraq çalışmışdır. 1982–1989 illəri arasında Prinston Universitetində professorluq etmişdir. Buradan ayrılıb Queens Universitetində Perimeter Institute for Theoretical Physics hissəsində idarə heyəti üzvü oldu və günümüzdə də işə davam etməkdədir. == Araşdırmaları == Fiziklər neytrinlərin kütləsinin olub-olmadığını bir müddətdir ki, araşdırmaqdadırlar.
Artur Mas
Artur Mas (kat. Artur Mas i Gavarró; 31 yanvar 1956, Barselona) — Kataloniya əyalətinin 129-cu prezidenti.
Artur Miller
Artur Miller (ing. Arthur Miller; 17 oktyabr 1915[…], Nyu-York, Nyu-York ştatı – 10 fevral 2005[…]) — ABŞ dramaturqu. == Həyatı == Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar. Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər. Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.
Artur Mkrtçyan
Artur Aslanoviç Mkrtçyan (erm. Արթուր Մկրտչյան, d.16 fevral 1959, Hadrut, DQMV, Azərbaycan SSR – ö.14 aprel 1992, Xankəndi, Azərbaycan) — Qarabağ müharibəsi zamanı Qarabağ ermənilərinin hərbi və siyasi liderlərindən biri. == Həyatı == Artur Mkrtçyan Dağlıq Qarabağın Hadrut qəsəbəsində 1959-cu ildə doğulub. 1981-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982-ci ildə Moskvada Regionşunaslıq və Etnoqrafiya İnstitutunda aspirantura təhsilinə başlayıb. 1986-cı ildə İrəvana qayıdaraq orada Etnoqrafiya və Regionşunaslıq muzeyində işləyib. Daha sonra Qarabağa qayıdaraq Hadrut regionşünaslıq muzeyində işləyib. 1988-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Dağlıq Qarabağ Ali Sovetinin ilk çağırışdan deputatı seçilib. Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ Respublikası Ali sovetinin sədri olub.
Artur Oneqqer
Artur Oneqqer (fr. aʁtyʁ ɔnɛɡɛːʁ; 10 mart 1892[…], Havr – 27 noyabr 1955[…], Paris) fransız mənşəli isveçrəli bəstəkardır. Həyatının böyük hissəsini Parisdə keçirib. Oneqqer Altılıq qrupunun bir üzvü idi. Fransız musiqisinə önəmli töhfələri olmuşdur. == Bioqrafiya == 10 mart 1892 tarixində, Fransanın Havr şəhərində anadan oldu. Anasının təşəbbüsü ilə musiqiyə yönəldi. 1910-cu ildə Sürix Konservatoriyasına girdi. 1911-ci ildə isə Paris Konservatoriyasında təhsil almağa başladı. Paris Konservatoriyasında olan Çarlz Uidordan bəstəkarlıq və orkestr rəhbərliyi dərsləri alaraq öz musiqi biliyini artırdı.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Lankaşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Artur Qayton
Artur Qayton (ing. Arthur Guyton; 8 sentyabr 1919 – 3 aprel 2003, Missisipi ştatı) Mississippi Tibb Məktəbi Universitetinin Dekanı olmuş Amerika fizioloqu idi. == Həyatı == Artur Qayton 600-dən çox məqalənin, 40-dan çox kitabın müəllifidir. Elmi araşdırmalarına görə 80-dan cox mükafat alıb. Əsas elmi araşdırmaları ürək-damar sisteminin fizyologiyasina aiddir. Qayton, əsasən, Tibbi Fiziologiyanın Kitabı adlı əsəri ilə məşhurlaşıb. Kitab 15 dilə tərcümə edilib.
Artur Qriffit
Artur Cozef Qriffit (irl. Art Seosamh Ó Gríobhtha;31 mart 1871 – 12 avqust 1922) – İrlandiyalı siyasətçi, yazıçı, İrland milliyətçi partiyası Şinn Feynin qurucusu.
Barış Arduç
Barış Arduç (9 oktyabr 1987, Münsterlingen[d], Turgau[d]) — türk serial və kino aktyoru. == Həyatı == İsveçrə'nin Şerzingen şəhərində doğulub böyüyən, sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdan Arduç ibtidai və orta təhsilini burada başa vurub. Teatr aktrisası Ayla Alqanla tanış olduqdan sonra peşəkar aktyorluğa addım atıb. == Fəaliyyəti == O, əvvəlcə Küçük Hanımefendi (2011), Dinle Sevgili (2011), Pis Yedili (2011) kimi seriallarda göründü, sonra isə Benim İçin Üzülme (2012), Bugünün Saraylısı (2013–2014) kimi seriallarda rol aldı.) və Racon: Ailem İçin (2015). O, indiki populyarlığını ona gətirən Kiralık Aşk (2015–2017) adlı serialda rol alıb. Daha sonra Kuzgun və Çukur serialında da rol alıb. 2021-ci ildən etibarən TRT 1-də yayımlanan Alparslan: Büyük Selçuklu serialının baş rol ifaçısıdır.