Avdur — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Avdur | |
---|---|
39°50′38″ şm. e. 46°56′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 863 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır.
Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər.
Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir. Məsələn, Moldovanın ərazisində Lunqa çayının sağ, Yalpuq çayının sol qolu Avdarma/Avdırma adlanır. Çayın kənarında qaqauzlar yaşayan eyniadlı yaşayış məntəqəsi də yerləşir. Qaqauz toponimikasında bu hidronim qıpçaq dilinin elementi kimi "bulanıq, çevrilmiş, qarışmış" mənalarında izah olunur. Xocavənd rayonu ərazisindəki Qaranlıq çayının adı da bu mənanı əks etdirir.[2]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi meşəlikdə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[3] | XXXX | XXXX | XXXX |
2009[4] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.