Artur Makdonald

Artur Makdonald (29 avqust 1943[4][5]) — Kanadalı astrofizik. Makdonald Sadbari Neytrin Rəsədxana İnstitutu direktoru və Kinqstonda, Ontarioda olan Queen Universitetində parçacıq astrofizika sahəsində Gordon və Patricia Gray Kürsüsü başçısıdır. Yapon fizikaçı Takaaki Kacita ilə ortaq şəkildə 2015-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür.

Artur Makdonald
ing. Arthur Bruce McDonald
2015-ci ildə Stokholmda olarkən
2015-ci ildə Stokholmda olarkən
Doğum tarixi (81 yaş)
Doğum yeri Sidney, Nova Skotiya
Vətəndaşlığı Kanada
Elm sahəsi Astrofizika
Elmi dərəcəsi professor
İş yerləri
Təhsili
Elmi rəhbəri Uilyam Alfred Fovler
Üzvlüyü
Mükafatları Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Makdonald 29 avqust 1943-cü ildə Sidneydə, Nova Skotiyada anadan olmuşdur. 1956-cı ildə Dalhaus Universitetinin fizika fakültəsini bitirib. 1969-cu ildə Kaliforniya Texnologiya İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır.

Akademik karyerası

[redaktə | mənbəni redaktə et]

Makdonald Ottavanın şimal-qərbindəki Chalk River Nüvə laboratoriyasında 1970-ci ildən 1982-ci ildə qədər araşdırma vəzifəlisi olaraq çalışmışdır. 1982–1989 illəri arasında Prinston Universitetində professorluq etmişdir. Buradan ayrılıb Queens Universitetində Perimeter Institute for Theoretical Physics hissəsində idarə heyəti üzvü oldu və günümüzdə də işə davam etməkdədir.

Araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Fiziklər neytrinlərin kütləsinin olub-olmadığını bir müddətdir ki, araşdırmaqdadırlar. 1960-cı illərin sonlarında edilən təcrübələrdə neytinlərin kütləsinin ola bilməsi fikrinə gəldilər. Günəşin nəzəri modeli neytinlərin çaşdırıcı sayda olması lazım olduğunu göstərirdi. Dünya üzərindəki neytrin detektorları gözlənilən ədədin altında ölçmələr edirdi. Çünki neytronlar üç şəkildə gəlirdi (elektron, muon və tau netrinlər) və günəş neytrin detektorları yalnız elektron neytrinlərinə qarşı həssas idi. İllərcə seçilən şərh, "itkin" neytrinlərin detektor vasitəsilə titrəyişini göstərdi. Əgər bir neytrin titrəyirsə, kvant mexanikası qaydalarına görə kütləyə sahib olmaları lazım idi.

2001-ci ilin avqustunda Makdonald liderliyində Sadbari Neytrin Rəsədxanası ilə edilən işdə Günəşdən gələn neytrinlərin titrəşərək muon və tau neytonlara çevrildiyini müşahidə etdilər. SNG bu hesabatı 13 avqust 2001-ci ildə nəşr etdi. Hesabat çox əhəmiyyətli bir nəticə olaraq görüldü. 2007-ci ildə Benjamin Franklin medalına layiq görüldü. 2015-ci ildə neytinlərin titrəşdiyi kəşfi və kütlələri olduğunun isbatına görə Nobel fizika mükafatını qazanmışdır.