Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Altıağac
Altıağac (Xızı) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Altıağac — Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Altıağac — Abşeron rayonunda mineral bulaq. Altıağac — Abşeron rayonunda çay. == Digər == Altıağac milli parkı — Azərbaycanın Xızı və Siyəzən rayonlarının ərazilərində yerləşir. 2004-cü ildə yaradılməşdır, 11035 hektar sahəni əhatə edir.
Altıağac (Xızı)
Altıağac – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılmışdır. == Haqqında == Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac, rayon mərkəzindən 12–14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi. Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. "Altıağac" (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 45–50 km-ə bərabərdir.
Altıağac olistoliti
Altıağac olistoliti Cənub-Şərqi Qafqazın şimal döşünün alt təbaşir (barrem) çöküntülərinin kəsilişində üzə çıxan üst yura əhəngdaşılarının nəhəng qaymasıdır. Şahdağ-Beşbarmaq sədd rifinin ön hissəsinin uçma məhsulu olan bu qayma təbaşir dövrü hövzəsinin qitə yamaçı ilə sürüşərək onun dərinsulu hissəsinə nəql olunmuşdur. Altıağac kəndinin şimal kənarında yerləşir və ölçüsü təxminən 15 x 20 x 10 m-ə bərabərdir. Geologiya elminə aid ədəbiyyatda belə iri olistolitlər “dübrar qayaları” adını almışdır. Cənub-Şərqi Qafqazın alt təbaşir kəsilişinin tərkibində Altıağac olistolitindən savayı, üst yura əhəngdaşılarından təşkil olunmuş Pirqamqam, Zeyzit, Sərdaxar, Axoxçay, Vəndam, Şabian, Sarıdaş, Qaynar, Upa, Germian, Tuğçay, Sitalçay qaymaları da məlumdur. Bu da alt təbaşir dövründə fəal tektonik proseslərin cərəyan etməsindən xəbər verir.
Altıağac Milli Parkı
Altıağac Milli Parkı — Azərbaycanın Xızı və Siyəzən rayonlarının ərazilərində yerləşir. 2004-cü ildə yaradılmışdır, 11.035 hektar sahəni əhatə edir. == Ümumi məlumat == Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. == Bitki örtüyü == Milli Parkın ərazisinin 3585 hektarını meşə əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır.
Altıağac Dövlət Təbiət Qoruğu
Altıağac Dövlət Təbiət Qoruğu — Azərbaycanın Xızı rayonunda yerləşən dövlət qoruğu. == Yaradılmasında məqsəd == 1990-cı ildə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının qorunub saxlanması, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi və bərpası, eroziya proseslərinin qarşısının alınması, habelə Altıağac-Xızı zonasının bitki və heyvan növlərinin, onların qruplarının bərpa edilməsi məqsədilə 4438 hektar sahədə yaradılmışdır. == Qoruq ərazisinin meşələri == Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mulayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini (90,5%) nisbətən cavan (40-60 yaşlı) pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir. Təmiz bir növdən ibarət meşələr çox azdır, əksər sahələr qarışıq tipli meşələrdən ibarətdir. Meşəsiz sahələr qayalıq, yarğan və keçmiş meşə altından çıxmış otlaqlardan ibarətdir. == Heyvanat aləmi == Altıağac qoruğunun ərazisində cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlara. Qulardan qırqovula, alabaxtaya, qaratoyuğa, bildirçinə, çöl qartalına və s.
Yağlıağac
Yağlıağac (lat. Aleurites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlıağac toxumlarının tərkibində 48,0-57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Yağlıağac yağının tərkibində 80%-ə qədər eleostearin turşusu vardır ki, bu da yağa xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzərinə yağlıağac yağı çəkilməsi metalları korroziyadan (çürümədən), ağacları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur. Yağlıağac yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istismarı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçinin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyyarələr, sərnişin qatarları, hərbi, sərnişin və ticarət gəmilərinin sualtı hissələri yağlıağac boyaları (lakları) ilə örtülür. Yağlıağacdan hazırlanmış xüsusi izoləedici qatlar yüksək gərginlikli transformatorlara və kabellərə çəkilir.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Dördpəncə atlanqaç
Dördpəncə atlanqaç (lat. Petrodromus tetradactylus) — atlanqaçlar fəsiləsinin meşə atlanqaçı cinsinə aid yeganə məməli növü.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Qısaburun atlanqaç
Qısaburun atlanqaç (lat. Elephantulus brachyrhynchus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Qısaqulaq atlanqaç
Qısaqulaq atlanqaç (lat. Macroscelides proboscideus) — qısaqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Uzunqulaq atlanqaç
Uzunqulaq atlanqaç (lat. Elephantulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Çılpaqquyruq atlanqaç
Çılpaqquyruq atlanqaç (lat. Elephantulus myurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Qısaqulaq atlanqaç (cins)
Qısaqulaq atlanqaç (lat. Macroscelides proboscideus) — qısaqulaq atlanqaç cinsinə aid heyvan növü.